26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Səyahətlər, müasir dillə desək, turizm həm gəlir mənbəyi, həm də insanların sülh və qarşılıqlı hörmət şəraitində yaşamasının ən yaxşı vasitələrindən sayılır. Müasir dünyanın iqtisadi və siyasi mənzərəsinə nəzər yetirdikdə isə heç də bütün xalqların bu hüquqdan istifadə etmək imkanının olmadığını görməkdəyik. Planetdə yaşayan 7 milyarddan artıq insanın yalnız 1 milyardının aktiv səyahət edə bilməsi faktı da həmin reallığı ortaya qoyur.
Turizm səfərlərinə getmək imkanı hər bir şəxsin təməl insan hüquqlarından biri kimi hələ 1948-ci ildə qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də öz əksini tapıb. Belə ki, bu mühüm beynəlxalq sənədin 13-cü maddəsində hər bir insanın ölkəsi daxilində və onun xaricində səyahət edib, yenidən öz ölkəsinə qayıtmaq hüququ olduğu göstərilib. Hətta müqəddəs “Qurani-Kərim”də də insanın yaşadığı dünyanın gözəlliklərindən zövq alması, onun sonsuzluğundan ibrət dərsi götürməsi üçün səyahət etməsinin əhəmiyyəti haqqında ayələr vardır. Səyahət edənlərin öz yaşadığı yerdən fərqli olaraq dünyanın başqa yerlərini də gəzib dərk etməsi, öz düşüncə tərzində daha humanitar və ülvi duyğulara sahib olması bir gerçəklik kimi İslam dünyasının müqəddəs kitabında göstərilib. Bəziləri, sadəcə, islami turizm kimi müsəlmanlar üçün zəruri olan Həcc səfərlərinə yollanmağı düşünsələr də, “Qurani-Kərim” ayələrində dünyanın digər yerlərinə də könüllü olaraq səyahətlər edilməsi ifadə olunub. Səyahətlərə müasir dövr prizmasından yanaşdıqda görürük ki, doğrudan da, insanlar nə qədər texnoloji imkanlar əldə etsələr, bir o qədər mənəvi-humanitar zənginliyə həssas olurlar. Burada da turizmin rolu böyükdür.

Xalqımızın sahib olduğu milli dəyərlər və müstəqil ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti müasir turizmin bütün növ və tiplərinin inkişafına şərait yaradıb. Azərbaycan vətəndaşları öz gəlir səviyyəsi və maraq dairəsinə görə dünyanın istənilən məkanına səyahət edə bildiyi kimi, eyni zamanda respublikamız da dünyanın hər hansı bir ölkəsindən gələn turistlər üçün açıqdır. Xalqının mədəniyyəti, tolerantlığı, qonaqlara qarşı həssaslığı və buradakı gülərüz, peşəkar xidməti ilə Azərbaycan dünya turistlərinin sevimli destinasiyasına çevrilib. Üzümüzə gələn 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olacaq Naxçıvan isə inkişaf edən Azərbaycanın bir parçası kimi artıq səyahətsevərlərin nəzər-diqqətindədir. Hər il yüz minlərlə turistin səfər etdiyi bu torpağın dərinliklərindəki sirli ecazkar­lıqlar o qədərdir ki, onu görmək və yaxından hiss etmək arzusu nə qədər uzaqlardan olsa da, insanı özünə cəlb edir. Naxçıvana gələn turistlər heç də təkcə buradakı təbii mineral və qeyri-mineral sərvətləri görüb təəccüblənmirlər. Burada yaşayan insanların sakit, firavan və xoşbəxt həyatı, əslində, ən böyük təəssürat mənbəyidir. Planetimizdə, xüsusən yaxın coğrafiyamızda baş verən müxtəlif münaqişələr, çalxantılar və böhranların yaratdığı gərginlikdən kənarda yaşayan ölkəmizdə və xüsusən də çox həssas bir regionda yerləşən muxtar respublikamızdakı sabit həyat və insanların on illər sonrasına hesablanmış quruculuq əzmi bu baxımdan diyarımıza gələn səyyahlar üçün çox maraqlı tanıtım predmetidir.
Naxçıvana əcnəbi turistlər, xüsusən müsəlman ölkələrindən çox sayda turistlər gəlir. Naxçıvanla qısa tanışlıqdan sonra öz vətənlərinə qayıdan səyyahların bu qədim diyar haqqında danışa biləcəyi çox şeylər vardır. Bəzən özümüz üçün çox adi görünsə də, turistlər öz ölkələrinə qayıtdıqda səhər hər şeydən arxayın işinə tələsən, axşam isə zənbili dolu evinə qayıdan naxçıvanlılardan danışırlarsa, bax bu, ən dərin səyyah təəssüratıdır. Avropanı gəzib dolaşmış turistlər Naxçıvanla tanış olub buradakı təmizliyi gördükdə, görəsən, nə düşünürlər? Qoy bu haqda onlar özləri danışsınlar. Amma xaricə səyahət etmiş bizim hər hansı bir naxçıvanlı yaxşı bilir ki, yurdumuzun havasının, suyunun təmizliyi qədər, buraya səyahət edən turistlərə qarşı dürüst xidmətlər də dünyanın əksər yerində yoxdur.
Naxçıvan yerləşdiyi coğrafi mövqeyinə görə sərt kontinental iqlimə malikdir. Ancaq burada son iyirmi il ərzində böyük əzmkarlıqla yaşıllıqlar salınıb, blokada vəziyyətində yaşamasına baxmayaraq, hərtərəfli inkişaf təmin edilib. Mübaliğəsiz deyə bilərik ki, bundan sonra da həyata keçiriləcək tədbirlər və digər qabaqcıl təşəbbüslər sayəsində muxtar respublikamız bütün dünyada yüksək sürətlə inkişaf edən, beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olan bir diyar kimi, Azərbaycan xalqının böyük mədəniyyətinin ən qədim dövrlərdən bəri yaşadıldığı və zaman keçdikcə daha da zənginləşdirilərək dünya mədəniyyət xəzinəsinə bənzərsiz bir töhfə verən gözəl bir məkan kimi tanınacaqdır.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4399177
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
12452
13363
25815
387541
4399177

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter