27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Turizm sektorunun inkişafı üçün aşağıdakı şərtlərin olması vacibdir: mövcud təbii-coğrafi şərait, zəruri infrastruktur, sabitlik, zəngin tarixi-mədəni irs, yüksək xidmət, münasib qiymət və sair. Bu amillərin hər birini özündə birləşdirən Naxçıvan Muxtar Respublikasında çoxşaxəli turizm imkanları vardır. Dövlət tərəfindən turizm sektoruna göstərilən dəstək isə bu sahənin inkişafını daha da sürətləndirib. Ötən il martın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib. Bu tapşırıqların icrası istiqamətində, xüsusilə muxtar respublikanın turizm potensialının təbliği sahəsində ardıcıl tədbirlər görülür. 

Turizm elə bir sahədir ki, davamlı təbliğat işlərinin aparılmasını şərtləndirir. Mövsümün başlandığı bir vaxtda muxtar respublikanın turizm potensialını təbliğ etmək, eləcə də turizmi canlandırmaq, yeni part­nyorlar qazanmaq, xarici turizm firmaları ilə əlaqələri gücləndirmək mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə aprel ayında “Nəqşicahan Holdinq” tərəfindən qədim diyara info-tur təşkil edilib. İnfo-tur çərçivəsində Türkiyə, İran, Kipr və Küveytdən, eləcə də paytaxt Bakıdan, ümumilikdə, 220 sahibkar və turizmçi Naxçıvana gəlib.
Naxçıvana təşkil edilən info-tur həm xarici, həm də yerli turizm firmalarının fəaliyyətlərini genişləndirmələri üçün bir stimul oldu. Digər tərəfdən, muxtar respublikanın turizm potensialının təbliğinə şərait yaratdı. İnfo-tur iştirakçılarının geri döndükdən sonra sosial şəbəkələrdə Naxçıvan təəssüratları barədə yazdıqları statuslar, paylaşdıqları çoxsaylı fotoşəkillər və videogörüntülər də bunu bir daha təsdiq edir.

“Travel news” saytının əməkdaşı Rəhim Qədirov info-turdan hazırladığı 3 hissəli videonu paylaşıb. Videolarda Naxçıvanın turizm ehtiyatlarından bəhs edilir, Əlincəqala, Batabat yaylağı, Əshabi-Kəhf, Duzdağ, Açıq Səma Altında Muzey haqqında məlumat verilir. Facebook səhifəsində çəkdiyi fotoları da paylaşan Rəhim Qədirov yazır: “Naxçıvan turizm üçün ideal məkandır. Sakit və təmiz küçələr, müalicə mərkəzləri, tarixi məkanlar, dırmanma və alpinizm üçün şərait, müxtəlif otel və restoranlar... Ümumiyyətlə, çox bəyəndim. Hətta ən ucqar kənd­lərdə belə, təmirli məktəblər var. Qanunlar işləyir. Demək olar ki, yolların hamısı təmirli idi. Havası, insanları da gözəl”.
İnfo-tur iştirakçısı Murad Karam­ov da öz facebook səhifəsində Naxçıvanla bağlı fotolar paylaşıb, səfər təəssüratlarını bölüşüb: “Əlincə qalası döyüş tariximizin qürurverici səhifələrindəndir. Onu görüb hiss etmək, məncə, hər bir azərbaycanlının borcudur. Əlincə yüz illərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də, tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubiyyətə uğradan böyük cahangir Əmir Teymuru belə, möhkəmliyi ilə heyrətləndirmişdir”.
“Naxçıvan bizi artıq birinci gündən təəccübləndirə bildi. Duzdağ mağarasını və Möminə xatın türbəsini hər bir azərbaycanlı görməlidir”, – bunu isə Mircavid Həsənov öz səhifəsində Naxçıvanla bağlı fotolar paylaşarkən yazıb.
Kavkaz.ws saytının əməkdaşı Günel Həsənova Naxçıvana təşkil edilən info-turla bağlı rus dilində məqalə dərc etdirib. “Duzdağ” otel və Duzdağ Fizioterapiya Mərkəzinin imkanlarından yazan müəllif həm də əyani olaraq oxucuları fotolar vasitəsilə də bəhs etdiyi məkanlar barədə məlumatlandırır. “Naxçıvan – Nuhun yurdu, Azərbaycanın qədim torpağı” sərlövhəli məqalədə müəllif oxucularını qiyabi də olsa, Naxçıvana səyahətə aparır: “Naxçıvan nəinki Azərbaycanın, dünyanın ən qədim şəhərlərindən biridir. Şəhərin Nuh Peyğəmbər tərəfindən əsasının qoyulması barədə məlumatlar mövcuddur. Naxçıvanı cəsarətlə açıq səma altında muzey adlandırmaq olar. Burada müxtəlif əsrlərə aid Şərq memarlığının nadir inciləri qorunub saxlanılır. Bu tarixi abidələr şəhərin müasirliyi ilə vəhdət təşkil edir”. Sonra müəllif XII əsr yadigarı olan Möminə xatın türbəsi, Xan sarayı, Əlincəqala haqqında söhbət açır, Əshabi-Kəhf əfsanəsini nəql edir. Naxçıvanqala və Nuh Peyğəmbərin qəbirüstü abidəsi ilə bağlı məlumatları oxucularının diqqətinə çatdırır: “Naxçıvanda Nuh Peyğəmbərlə bağlı çoxlu rəvayətlər dolaşmaqdadır. Ümumdünya tufanı zamanı Nuhun gəmisi Haçadağa toxunub və Qapıcığın zirvəsində məskən salıb. Ətraf ərazilərdə Nəbi yurdu, Nuhdaban və digər toponimlər bu yerlərin Nuhla bağlılığına dəlalət edir”. Muxtar respublikanın turizm potensialından geniş bəhs edən müəllif daha sonra yazır: “Naxçıvanın təbiəti də gözəldir. Ərazi dağlıqdır, çoxlu sayda çaylar, mineral bulaqlar, meşələr mövcuddur. Şəhərin yaxınlığında Uzunoba İstirahət Kompleksi fəaliyyət göstərir. Çimərliyin sahil xətti 280 metrə çatır. Burada istirahət məqsədilə hər cür şərait yaradılıb. Batabat kurort zonası isə Naxçıvan şəhərindən, təqribən, 62 kilometr məsafədə yerləşir. Dağ havası, mineral bulaqları, gözəl iqlimi və əsrarəngiz peyzaj insanın əhvalına gözəl təsir edir. Batabat yaylağı dəniz səviyyəsindən 2500 metr hündürlükdədir. Bu gölün “Üzən ada”sı onu qeyri-adi edir. İstirahətin ən yaxşı ünvanlarından biri də Ağbulaq İstirahət Mərkəzidir. Təmiz dağ havası və oteldəki rahatlıq turistlərin yaxşı istirahət etməsinə zəmanətdir”, – deyə Günel Həsənova sonda Naxçıvanı yaxından tanımağa imkan yaradan info-turun təşkilatçılarına öz minnətdarlığını bildirir.
İrandan gəlmiş info-tur iştirakçıları da səyahət etdikləri turizm obyektlərindən çəkdikləri fotoları və Naxçıvanla bağlı məlumatları öz səhifələrində yerləşdiriblər. Tehranın “Xətte-sahili” turizm şirkətinin səhifəsində müxtəlif ünvanlardan çəkilmiş fotolar yer alıb.
“AFF travel” şirkəti tərəfindən Duzdağ Fizioterapiya Mərkəzinin müalicə imkanlarından bəhs edən 10 min ədəd buklet hazırlanaraq turizm obyektlərinə göndərilib.
İnfo-tur iştirakçısı Ruslan Quliyev Naxçıvanın turizm obyektlərindən şəkillər çəkərək öz səhifəsində paylaşıb. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Qlobal Sağlamlıq Turizm Təşkilatının vitse-prezidenti Ruslan Quliyev Sankt-Peterburqda, Qazaxıstanda turizmlə bağlı keçirilən tədbirlərdə, İordaniya Haşimilər Krallığının paytaxtı Əmmanda “Qlobal Sağlıq Turizmi Forumu”nda Duzdağla bağlı geniş təbliğat işləri aparıb. Azərbaycanın turizm potensialı ilə bağlı nəşrlərdə Duzdağa ayrıca yer verilib.
“Berq travel” şirkəti tərəfindən info-turdan sonra Naxçıvana turlar təşkil edilib. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə və muxtar respublikanın digər dini turizm obyektlərinə növbəti tur may ayının 19-na planlaşdırılıb.
Naxçıvan öz tarixi, müasir infrastrukturu, mədəniyyəti, incəsənəti, unikal təbiət abidələri, mətbəxi, folklor kollektivləri, bənzərsiz sənət nümunələri yaradan sənətkarları, qonaq­pərvərliyi, sabitliyi ilə dünyanın istənilən ölkəsindən gələn turisti heyrətləndirməyə qadirdir.
Turizm ümumxalq işidir. Hər birimiz Naxçıvanın təbliğinə çalışmaqla, bu məqsədlə sosial şəbəkələrdəki imkanlarımızdan istifadə etməklə turizmin muxtar respublika iqtisadiyyatındakı rolunu gücləndirə və Azərbaycanın bu qədim və gözəl guşəsinin daha geniş miqyasda tanınmasına töhfəmizi vermiş olarıq. Turizmin inkişafı Naxçıvan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə dəstəkdir. Gəlin Naxçıvanın təbliği istiqamətində həmrəy olaq, gücümüzü, vətənpərvərliyimizi nümayiş etdirək.

Ruhiyyə Rəsulova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3030911
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10976
15326
26302
466378
3030911

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter