25 İyun 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Xəbər verdiyimiz kimi, “Nəqşicahan Holdinq” tərəfindən muxtar respublikamızın turizm potensialını tanıtmaq məqsədilə aprelin 11-dən 14-dək qədim diyara info-tur təşkil edilib. İnfo-tur çərçivəsində Türkiyə, İran, Şimali Kipr, Küveyt və Azərbaycanın müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 220 nəfər sahibkar və turizmçi Naxçıvana gəlib. Qonaqlar səfər müddətində muxtar respublikanın tarixi və mədəniyyət abidələri ilə tanış olub, turizm müəssisələrini gəzib, milli mətbəximizin nümunələrindən dadıblar.

Aprelin 13-də turizm şirkətinin nümayəndələri Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini, Culfa rayonu ərazisindəki “Əlincəqala” tarixi abidəsi və muzeyini ziyarət edib, Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbərin məzarüstü türbəsi, “Cahan” Ticarət Mərkəzi, “Buzxana” tarix-memarlıq abidəsi ilə tanış olublar. Səfər çərçivəsində Naxçıvan haqqında zəngin məlumatlar toplayan qonaqlar “Şərq qapısı” qəzetinə müsahibələrində muxtar respublika ilə turizm əlaqələrinin inkişafında maraqlı olduqlarını, mövcud potensialdan lazımınca istifadə olunması üçün qarşılıqlı əməkdaşlıqların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Elham Rəsulirad – İran İslam Respublikasının “Radseir” turizm şirkətinin təmsilçisi: “Naxçıvana ilk dəfədir ki, səfər edirəm. Doğrusunu desəm, bura haqqında o qədər də ətraflı məlumatım yox idi, sadəcə, gedib-gələnlərdən eşitmişdim. Bu info-turu təşkil edənlərə minnətdarlığımı bildirirəm ki, Naxçıvana gəldim və buradakı mövcud turizm potensialı ilə tanış oldum. Ümumi təəssüratlarım bundan ibarətdir ki, Naxçıvan çox təmiz havasına, gözəl iqliminə, xoş mənzərəsinə və qonaqpərvərliyinə görə turistlərin sevdiyi məkandır. Biz Naxçıvanın dağlıq ərazilərində yerləşən turizm obyektlərində olduq, ətrafı seyr etdik. Bir sözlə, deyə bilərəm ki, hər bir iş böyük zövqlə və mükəmməl görülüb. Eyni zamanda naxçıvanlıların istiqanlılığı, qonaqpərvərliyi bura olan marağı daha da artırır. Buna görə də gələcəkdə Naxçıvana səyahət turlarının təşkil olunması istiqamətində əməkdaşlığımızı davam etdirmək niyyətindəyik”.

Mircavid Həsənov – “Ekoturizm Travel” şirkətinin sahibi: “Bu, mənim Naxçıvana ilk səfərimdir. Etiraf edim ki, Naxçıvanın bu dərəcə gözəl, inkişaf etmiş bir region olduğunu bilmirdim. Doğrudur, muxtar respublikanın gözəl təbiət mənzərələri ilə zəngin olduğu, tarixi mədəniyyət abidələrinin çoxluğu haqqında məlumatım var idi. Ancaq çox səthi. Əgər bir neçə gün bundan əvvəl Naxçıvanda maraqlı nə olduğunu soruşsaydılar, deyə bilməyəcəkdim. Burada olduğum müddətdə təəssüfləndiyim yalnız bir şey oldu: niyə əvvəllər Naxçıvana gəlməmişəm? Şirkətimizin fəaliyyət istiqaməti, əsasən, təbiətlə bağlı olduğundan, Naxçıvanda gördüklərim məni çox sevindirdi. Deyə bilərəm ki, Naxçıvanda dağ və piyada turizminin inkişafı üçün çox gözəl və cəlbedici imkanlar var. Hesab edirəm ki, bunu dəyərləndirməliyik. Rusiyanın turizm şirkətləri ilə yaxşı əlaqələrimiz var, hər il minlərlə turist Azərbaycana gəlir. Onların böyük əksəriyyəti üçün ölkəmizin təbiəti çox cəlbedicidir. Bu baxımdan onları Naxçıvana yönləndirmək üçün qarşımızda yeni imkanlar açılır. İnanıram ki, Naxçıvandakı həmkarlarımızla bu istiqamətdə uğurlu addımlar ata biləcəyik”.
Məhəmməd Vəhdət – İran İslam Respublikasının “Azer Geşt İran” turizm ­şirkətinin meneceri: “Naxçıvanda əvvəllər bir neçə dəfə olmuşam. Ancaq sonra bir müddət gəlişimdə fasilələr yarandı. Sonuncu dəfə 6 il bundan əvvəl gəlmişdim. Bu, böyük zaman olmasa da, Naxçıvanda xeyli dəyişikliklərin baş verdiyini deyə bilərəm. Diqqətimi ən çox çəkən isə Naxçıvandakı küçə və parkların, yolların təmiz saxlanılmasıdır. Havası da çox təmizdir. Burada olduğumuz müddətdə biz müxtəlif yerləri gəzib-dolaşdıq. Həm gözəl təbiət mənzərələri ilə əhatə olunmuş yaylaqlarda, həm də qədimliklə müasirliyin birləşdiyi şəhər məkanında. Hər birinin öz gözəlliyi var. Burada getdiyimiz hər ünvanda həmin obyektə aid müəyyən məlumatları dəftərçəmdə qeyd etdim. Bunu ona görə etdim ki, gələcəkdə şirkətimiz vasitəsilə Naxçıvana gələcək turistlərə maraqları baxımından müəyyən tövsiyələr verə bilim. Ümumi fikrim budur ki, Naxçıvanda ötən illərdə inkişaf çox sürətlə gedib. Ən əsası isə Naxçıvanda hər bir turist üçün maraqlı nə isə var. İnanıram ki, Naxçıvanla turizm əlaqələrinin inkişafında lazımi addımlar ata biləcəyik”.
Azər Nəzərov – “Luxury Travel” şirkətinin sahibi: “Əvvəlcə bu turu təşkil edənlərə dərin minnətdarlığımı bildirirəm. Etiraf edim ki, Azərbaycanın bir çox bölgələrində olsam da, Naxçıvana ilk dəfədir gəlirəm və gəlib buranı görəndən sonra heyrət içində qalmışam. İnanın, Naxçıvanın bu cür gözəl, müasir, inkişaf etmiş olduğunu bilmirdim. Bəzən oturub saatlarla Avropa ölkə­lərinin gözəlliyindən, qayda-qanunların yerində olmasından danışırıq. Naxçıvanda olandan sonra gördüm ki, demək, biz bunu bacarırıq. Əminliklə deyirəm ki, Naxçıvan bütün ölkəmiz üçün nümunə gücündədir. Gözəl binalar, rahat yollar, səliqə-sahman, sakit şəhər həyatı – hansını deyim? İnanın ki, belə gözləmirdim. Burada çox işlər görülüb. Qalır, turizmin inkişafına öz dəstəyimizi göstərək. Çalışacağam ki, şirkətimiz vasitəsilə muxtar respublikaya turist axınını artıraq. İnanıram ki, bunu bacaracağıq”.
Qeyd edək ki, “Nəqşicahan Holdinq”in təşkilatçılığı ilə yerli və əcnəbi turizm şirkətlərini təmsil edən sahibkar və turizmçilərin Naxçıvan Muxtar Respublikasına səfəri bu gün başa çatır.

Səbuhi Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3001490
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11655
14562
113770
436957
3001490

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter