20 Fevral 2019, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Ölkəmizdə 2010-cu il 11 may tarixdə qəbul edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aparılan icbari sığorta hər bir işçinin və onun sahibkarının maraqlarına xidmət edən sığorta növü kimi əhəmiyyətlidir. Qeyd olunan qanuna əsasən tətbiq edilən icbari sığorta istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığortaolunanların əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişlərinin verilməsini nəzərdə tutur. Əgər bədbəxt hadisə baş vermişsə, verilən bu ödənişlər iş vaxtı əmək qabiliyyətini itirmiş şəxslərin və ya onların himayəsində olmuş digər insanların maddi təminatına kömək edir.
Qeyd etdiyimiz kimi, icbari sığortanın bu növündə məqsədlər konkretdir. Burada sığortaçı, sığortalı, sığortaolunan və digər faydalanan şəxslərin öz hüquq və vəzifələri vardır. Belə ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən işəgötürən hüquqi və ya fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi və ya mülki-hüquq müqaviləsi əsasında işləyən hər bir işçi, dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda çalışanlar, sahibkarlıq və fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, habelə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər üçün istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari qaydada sığorta olunmalıdırlar. Bundan əlavə, həmin qanuna görə, istehsalat təcrübəsi keçən tələbələr, müəssisələrdə işə cəlb olunmuş hərbi qulluqçular, hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb olunmuş şəxslər də bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta olunmalıdırlar.

Ardını oxu...

Muxtar respublikada yaşayan bütün kateqoriyalardan, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlara hərtərəfli qayğı göstərilir.
Onların təhsili, milli ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması və sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır, sosial müdafiələrini gücləndirmək məqsədilə aylıq müavinətlər ödənilir. Həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlət, özəl ali və orta ixtisas müəssisələrində dövlət vəsaiti hesabına təhsil alırlar. Hər yeni tədris ilinin başlanması ərəfəsində onlara məktəbli formaları və dərs ləvazimatları verilir, həmçinin qış geyimləri ilə təmin olunurlar.
Muxtar respublikamızda valideyn himayəsindən məhrum olmuş 39, hər iki valideynini itirmiş 29 uşaq vardır. Dövlətimizin göstərdiyi diqqət və qayğı nəticəsində müvafiq kateqoriyadan olan 28 gənc orta ixtisas və ali təhsil müəssisələrində təhsil alır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar həmin ərazilərdə təbiətin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi sahəsində fəaliyyətin təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər planı hazırlanmışdır.
Tədbirlər planında təbiətin qorunması üçün mühafizə işlərinin gücləndirilməsi, bu sahədə ekoloji təbliğat və maarifləndirmə işlərinin görülməsi, həmin coğrafi ərazilərdə təbii-iqlim xüsusiyyətlərinə uyğun ağac, kol bitkilərinin, üzüm bağlarının salınması üçün toxumla və tinglə əkin aparılması nəzərdə tutulur.
Ötən müddət ərzində bu sahədə fəaliyyət davam etdirilib. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ərazisindəki təpəliklərdə 30 hektara yaxın sahədə əraziyə xas olan ağac və kolların (yemişan, həmərsin, badamça, cəviz, badam və sair) toxum və tingləri vasitəsilə əkin işləri aparılıb, yaşıllıq zolaqları salınıb.
Bundan başqa, nazirlik əməkdaşları yerli icra hakimiyyəti orqanları ilə birlikdə Ağbulaq kəndində maarifləndirici söhbətlər aparıb. Həmin ərazilərdə ətraf mühitin, təbiətin qorunması, xüsusilə tullantılarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə mühafizə reydləri təşkil edilib.
Yaşayış məntəqəsinin ərazisində kommunal xidmətlərin yüksək təşkili, yerli sakinlərin vətəndaş mövqeyi və müasir infrastruktur quruculuğu bu sahədə qarşıya qoyulmuş məqsədlərə çatmağa imkan yaradır.

Naxçıvan Muxtar Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

Ordubad rayonunun Sabirkənd kəndində “Payız-qış mövsümündə meyvə və üzüm bağlarında aparılacaq aqrotexniki tədbirlər və kənd təsərrüfatı texnikalarının saz vəziyyətdə olmasının əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Zamiq Babayev açaraq meyvəçiliyin inkişaf etdirildiyi Ordubad rayonunda gələcəkdə bol məhsulun əldə olunması üçün bağlarda aqrotexniki tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Ardını oxu...

Hər kəsə məlumdur ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunmasında ən önəmli meyarlardan biri də onun şinlərinin normativ tələblərə uyğun olmasıdır. Yəni şinlərin protektorundakı naxışların qalmış hündürlüyü nəqliyyat vasitəsinin növündən asılı olaraq minik avtomobilləri üçün 1,6, yük avtomobilləri üçün 1, ­avtobuslar üçün 2, motosikletlər üçün isə 0,8 millimetrdən az olmamalıdır. 

Protektorların ölçüsü qeyd olunan normadan aşağı olduqda təkərlə yol örtüyü arasında ilişmə əmsalı nəzərəçarpacaq dərəcədə azalır ki, bu da tormozlanmanın zəifləməsinə və nəticədə, nəqliyyat vasitəsinin sürüşməsinə səbəb olur. Ən əsası isə şinlər ölçüsünə və yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlməlidir.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3709927
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2171
3119
8085
51019
3709927

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter