21 İyul 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Bu münasibətlə təşkil olunan tədbiri Ordubad Rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov açaraq bildirib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikada müntəzəm olaraq keçirilən əmək yarmarkalarıdır. İndiyədək keçirilən əmək yarmarkalarında yüzlərlə rayon sakini işlə təmin olunub. Cari ildə də bu ənənə davam etdirilir.
Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Reyhun Babayev ­çıxışında qeyd edib ki, rayonda aparılan tikinti-quruculuq tədbirləri mühüm infrastruktur obyektlərinin yaradılması ilə yanaşı, işaxtaran vətəndaşların da məşğulluq problemlərinin həllinə töhfə verir.
Sonra yarmarkaya gələnlər onlara təqdim edilən vakant iş yerləri ilə tanış olublar. 16 təşkilatdan 187 boş iş yerinin çıxarıldığı yarmarkada 20 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

Meşələrin və digər təbiət ərazilərinin yanğın təhlükəsindən qorunması üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər həyata keçirir. Bu sahədə fəaliyyətin operativliyini təmin etmək məqsədilə nazirliyin Meşə təsərrüfatı idarəsində lazımi avadanlıq və nəqliyyatla təmin edilmiş xüsusi qərargah yaradılıb. 

Bu tədbirlər çərçivəsində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə dövlət meşə fondu ərazilərində, insanların istirahət etdiyi və təsərrüfat fəaliyyəti göstərilən digər təbiət ərazilərində seminar-müşavirə, praktik təlim işlərinin aparılması davam etdirilir. Belə ki, adıçəkilən nazirliklər meşələrin və digər təbiət ərazilərinin təbiət hadisələri və antropogen təsirlərdən baş verə biləcək yanğınların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə hazırlanmış tədbirlər planı çərçivəsində Şahbuz Dövlət Təbiət Qoruğu və qoruğa sərhəd ərazilərdə fəaliyyət göstərən arıçı təsərrüfat sahibləri və fermerlərlə görüş keçirilib, söhbətlər aparılıb, yanğın təhlükəsizliyi qaydaları ilə təlimatlandırılıblar. Onlara bildirilib ki, qoruğun mühafizə işçiləri əraziləri daim nəzarətdə saxlamalı, bu ərazilərdə istirahət edən insanları yanğın hadisəsinin baş verməməsi üçün məlumatlandırmalı və gücləndirilmiş iş rejimi tətbiq edilməli, xüsusilə qoruq ərazisindən keçən yolun ətraf ərazilərində quru otlar təmizlənməli, ərazidə mütəmadi suvarma işləri aparılmalıdır.

Ardını oxu...

Məşğulluq tədbirlərinin çevik formalarından biri də muxtar respublikanın bütün bölgələrində ildə bir neçə dəfə keçirilən əmək yarmarkalarıdır.
Dünən Culfa rayonunda növbəti əmək yarmarkası keçirilib. Tədbiri giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Yalçın Hüseynov bildirib ki, yarmarkanın keçirilməsində əsas məqsəd işəgötürənlərlə işaxtaran vətəndaşların bilava­sitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin və iş­axtaran vətəndaşların fəal iştirakını təmin edir.
Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Ələkbərli rayonda son illərdə həyata keçirilən infra­struktur quruculuğundan, sahibkarlığa göstərilən dövlət dəstəyindən və aqrar sahənin inkişafı istiqamətində görülən işlərdən bəhs edib.
Sonra yarmarkaya gələnlər onlara təqdim edilən boş iş yerləri ilə tanış olublar. 25 təşkilatdan 87-si dövlət, 25-i özəl sektor olmaqla, 112 boş iş yerinin çıxarıldığı yarmarkada 24 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

Ta qədimdən maldar və əkinçi ata-babalarımız il ərzində görülən işlərin vaxtını müəyyənləşdiriblər. Bu xalq təqvimində yay aylarının da xüsusi yeri olub. Məhz bu dövrdə biçin və döyüm işləri yerinə yetirilər, min bir zəhmətlə hasilə gələn taxılın tədarükünə başlanılardı. Etnoqraf Teymur Bünyadov qeyd edir ki, yayın orta ayı “qorabişirən” ay adlanır. Belə ki, iyun ayının ortalarından taxıl biçini başlayır. 

Ta qədimdən biçilən taxıl dərz bağlanar və bu dərzlər döyülmək üçün ayrılmış xüsusi əraziyə – xırmana aparılardı. Teymur Bünyadov qeyd edir ki, biçinçinin dörd əl tutumu biçdiyi sünbülə “bafa” deyirlər. Dörd bafa sünbül isə “bir dərz” adlanır. Etnoqraf Asəf Orucovun qənaətinə görə isə, beş bafa “bir dərz” adlanır. Başqa bir etnoqrafik mənbəyə görə, biçinçi hər dəfə orağı hərlədikcə biçilən taxıla “dəstə”, üç dəstəyə isə “çəmən” deyirlər. Üç çəməni bir yerə bağlayırlar ki, bu da “bağ” adlanır. Səkkiz bağ bir qoşqu heyvanının yüküdür. Ona “xalvar” deyirlər. Bir bayatıda deyilir:

Ardını oxu...

Şahbuz şəhərindəki “Araz” kinoteatrının binasında keçirilən tədbiri rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov açaraq muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən danışıb.
Bildirilib ki, əhalinin məşğulluğunun təmin edilməsində əmək yarmarkalarının xüsusi rolu var. Belə ki, məşğulluq orqanları tərəfindən işəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır və bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.
Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev çıxışında qeyd edib ki, son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, bunun da nəticəsində yüzlərlə insan müvafiq işlə təmin olunub. Keçirilən əmək yarmarkalarına işaxtaranların marağının böyük olması onu göstərir ki, onlarda bu yarmarkalarda ixtisaslarına müvafiq iş tapmalarına böyük inam vardır.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 21 təşkilatdan 128 boş iş yerinin çıxarıldığı yarmarkada 13 nəfərə işə göndəriş verilib.
Qeyd edək ki, növbəti əmək yarmarkası bu gün Culfa rayonunda keçiriləcək.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2760147
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1113
5244
27198
101386
2760147

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter