27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Əliabad Qəsəbə Mərkəzində maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açaraq son illər muxtar respublikada infrastruktur quruculuğu istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədov qış mövsümündə vətəndaşlar tərəfindən qaz və elektrik cihazlarından istifadə edilməsi zamanı dəm qazından zəhərlənmə hallarının qarşısının alınması və keçirilən reydlərdə vətəndaşların maarifləndirilməsi sahəsində görülmüş işlər haqqında məlumat verib.

Tədbirdə nazirliyin bölmə rəisi, daxili xidmət kapitanı Mirtaleh Seyidov payız-qış mövsümündə vətəndaşların təbii qaz və elektrik enerjisindən istifadəsi zamanı israfçılığın qarşısının alınması, yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi ilə bağlı görülmüş işlərdən danışıb. O deyib ki, yaşayış evlərində və mənzillərdə qaz cihazlarından və sobalarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunması sağlamlığımızın təminatıdır. Əhali arasında dəm qazından zəhərlənmə hallarının baş verməməsi üçün idarə, müəssisə və təşkilatların qazanxanalarında texniki və yanğın təhlükəsizliyi tədbirlərinə əməl olunması, qazanxanalarda işləyən mövsümi işçilərin, ocaqçıların peşə məktəblərində kurs keçmələri günün tələbidir.
Naxçıvan Şəhər Qaz İstismarı İdarəsinin sahə ustası Elxan Abbasov şəhər ərazisində qaz təsərrüfatından istifadə ilə bağlı həyata keçirilmiş qabaqlayıcı tədbirlərdən danışıb, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin baş mühəndisi Nəsimi Novruzov inzibati və yaşayış binalarının qızdırılması üçün quraşdırılmış qazanxanalarda təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə görülmüş qabaqlayıcı tədbirlər haqda məlumat verib.
Sonda iştirakçılara Fövqəladə Hallar Nazirliyi tərəfindən tərtib olunmuş “Qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları” adlı tövsiyə xarakterli yaddaş kitabçaları, dəm qazı ilə bağlı videomaterial və slaydlar təqdim edilib.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3027656
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
7721
15326
23047
463123
3027656

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter