07 Dekabr 2021, Çərşənbə axşamı

Babək Rayon Təhsil Şöbəsinin akt zalında rayonda fəaliyyət göstərən uşaq müəssisələrinin, o cümlədən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə İcra Hakimiyyətinin əməkdaşı Asif Hacıyev açmışdır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Eltun Həziyev, Naxçıvan Muxtar Respublikası Təhsil Nazir­liyi aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov, Babək Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin direktoru Adil Novruzov çıxış edərək tədbirin keçirilməsinin zəruriliyi və mahiyyətindən bəhs etmişlər. Çıxışlarda bütün təhsil müəssisələrində tibb xidmətin təşkili, təhsil­alanların profilaktik müayinəsi, peyvəndlərin aparılması barədə ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə uşaqların sağlamlığı ilə əlaqədar müəssisədaxili tələblər mövcuddur. Belə ki, uşaq müəssisələrində uşaqların sağlamlıqlarının qorunması, möhkəmləndirilməsi və yoluxucu xəstəliklərin profilaktikası məqsədilə sanitar-gigiyena tələblərinə əməl edilməlidir.
Sonda bukletlər paylanılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR