07 Dekabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əvvəlcədən müəyyən edilmiş qrafik əsasında növbəti əmək yarmarkalarının keçirilməsinə başlanılıb. İlk belə tədbir dünən Sədərək rayonunda keçirilib.
Əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 10 müəssisədən 72 boş iş yeri təqdim edilib. Nəticədə, 7 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 3 nəfərin peşə hazırlığı kurslarına, 12 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.

Qeyd edək ki, bu tədbirə hərbi xidmətdən yeni tərxis olunmuş gənclər də dəvət edilib. Həmin gənclərə, onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, əmək bazarına inteqrasiyası, rəqabət qabiliyyətinin artırılması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib. Həmçinin gənclərdən 3 nəfərin peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb.
Növbəti əmək yarmarkası oktyabr ayının 12-də Kəngərli rayonunda təşkil ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR