07 Dekabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması sentyabr ayında da diqqətdə saxlanılmış, bir sıra görüş, seminar, təlim və monitorinqlər keçirilmişdir.
Ötən ay Şərur rayonunun Kərimbəyli kəndində yaşayan, xüsusi qayğıya ehtiyacı olan çoxuşaqlı Babayevlər ailəsinə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış, ailəyə ehtiyaclarına uyğun köməklik göstərilmişdir.

Özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında 5 qadının 8 əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikasında tək və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Belə ki, şəhər və rayon icra hakimiyyətlərindən aid kateqoriyadan olan qadınlar haqqında məlumatlar alınmış, komitədə yaradılmış bazaya əlavə edilmiş, təhlili aparılmışdır. Bununla bağlı Kəngərli rayonu üzrə 126 qadınla əlaqə saxlanılmış, onlardan 17-nin öz təsərrüfatını qurması və 6-nın peşə fəaliyyətinə yönləndirilməsi ilə bağlı müvafiq iş aparılır. Əlavə olaraq sərmayə kapitalı verilmiş qadınlarla bağlı kataloqun hazırlanması üçün lazımi tədbirlər görülür. “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsində sərmayə kapitalı verilmiş qadınlardan 5-nin iş yerində və təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilmişdir. Monitorinq zamanı layihə iştirakçılarının sərmayə kapitalını bağlanmış müqavilələrə uyğun istifadə etmələrinə nəzarət olunması və ayrılmış sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılmışdır.
Hesabat ayında Sədərək rayonunda yaşayan sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ailələrin üzvü olan qadınlar üçün xalçaçılıq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilmişdir. Təlimdə 6 xüsusi qayğıya ehtiyacı olan ailədən 10 sağlamlıq imkanı məhdud və 1 nəfər Sədərək Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin müvafiq dərnək rəhbəri olan qadınlar olmaqla, ümumilikdə, 17 nəfər iştirak etmişdir. Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Şərur rayonunun Püsyan kəndində yaşayan muxtar respublikanın uzunömürlü sakini, ahıl Laçın Tağıyevanın yaşadığı ünvanda görüş keçirilmiş, ona hədiyyələr təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair yaradılmış elektron məlumat bankına 289 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar sentyabr ayı ərzində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud 45 uşağın təhsil aldığı 9 müəssisədə, eləcə də sağlamlıq imkanları məhdud 78 uşağın ümumtəhsil məktəblərinə, məktəbəqədər və məktəbdənkənar müəssisələrə cəlbi ilə bağlı uşaqların evlərində monitorinq keçirilmişdir. Monitorinq çərçivəsində 19 nəfər ümumtəhsil məktəblərinin I siniflərinə, 15 nəfər məktəbəqədər hazırlıq qrupuna, 6 nəfər uşaq bağçasına, 1 uşaq isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə cəlb edilmişdir. Uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədilə 2 uşaq müəssisəsində və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 2 uşağın evində monitorinq keçirilmiş, uşaq hüquqlarının pozulması halı aşkarlanmamışdır.
Şərur rayonunda fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı müvafiq müəssisələrin rəhbər şəxslərinin iştirakı ilə maarifləndirici seminar keçirilmiş, müvafiq sahə ilə əlaqədar hazırlanmış 50 broşür seminar iştirakçılarına paylanılmışdır.
Hesabat dövründə 15 sentyabr – Bilik Günü ilə əlaqədar muxtar respublikada yaşayan xüsusi qayğıya ehtiyacı olan, çoxuşaqlı, təkvalideynli, sağlamlıq imkanları məhdud, şəhid, qazi övladı, valideyn himayəsindən məhrum olmuş uşaq olmaqla, ümumilikdə, 116 uşağa məktəbli forması və dərs ləvazimatları verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR