18 Sentyabr 2021, Şənbə

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası iyul ayının 22-də Naxçıvan şəhərində keçirilib. Yarmarkada işaxtaranlara 54-ü dövlət və 40-ı özəl sektor olmaqla, ümumilikdə, 94 müəssisədən 725 boş iş yeri təqdim edilib. Yekunda isə, 38 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 8 nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin bu əmək yarmarkasında 11 nəfər işaxtaran peşə kurslarına cəlb edilməsi üçün qeydiyyata alınıb.
Növbəti əmək yarmarkası bu gün Şahbuz rayonunda təşkil ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR