18 Sentyabr 2021, Şənbə

Muxtar respublikada uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması ilə əlaqədar Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən 2021-ci il ərzində 30 uşaq müəssisəsində monitorinq aparılması planlaşdırılmışdır.
Hesabat dövründə 19 uşaq müəssisəsində monitorinq aparılmışdır. Monitorinqlərin nəticələri, o cümlədən aşkar edilmiş nöqsanlar ekspert qrupunun üzvləri tərəfindən aktlaşdırılmış və aradan qaldırılması ilə bağlı tədbirlər görülərək komissiyaya məlumat verilmişdir.

Məlumat üçün bildirək ki, muxtar respublikada hazırda hər iki valideynini itirmiş 35, valideyn himayəsindən məhrum isə 36 uşaq vardır. Ümumilikdə, bu kateqoriyaya aid olan uşaqların sayı 71-dir. Belə ki, 2021-ci ilin ötən dövrü ərzində muxtar respublikada 6 uşaq qəyyumluğa və himayəyə verilmişdir.
Muxtar respublikada uşaq hüquqlarının qorunması istiqamətində görülən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən il ərzində himayəyə və qəyyumluğa verilən uşaqların evlərində monitorinqlər təşkil olunmuş, yaşayış şəraitləri öyrənilmiş, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilmişdir. Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın ekspert qrupu və yerli icra hakimiyyətləri yanında Qəyyumluq və Himayə komissiyalarının üzvləri tərəfindən Naxçıvan şəhəri, Ordubad, Culfa və Şərur rayonları üzrə 9 hər iki valideynini itirmiş, 5 valideyn himayəsindən məhrum olmuş uşaq olmaqla, ümumilikdə, 14 müvafiq kateqoriyadan olan və 1 sağlamlıq imkanları məhdud uşağın yaşadığı evlərdə monitorinqlər təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR