22 Sentyabr 2021, Çərşənbə

Muxtar respublikada həyata keçirilən məqsədyönlü islahatlar iqtisadiyyatın hərtərəfli inkişafını təmin edib. Sosial-iqtisadi yüksəliş bu gün, ilk növbədə, əhalinin gündəlik həyatında özünü qabarıq büruzə verir. Muxtar respublika rəhbəri tərəfindən əhalinin sosial müdafiə məsələləri də daim diqqət mərkəzində saxlanılır. Həssas qrup əhalinin sosial müdafiəsinin təşkili, sığorta-pensiya sistemi üçün göstərilən xidmətlərin təkmilləşdirilməsi sahəsində atılan addımlar çoxşaxəli sosial siyasətin təzahür formalarının yalnız bir hissəsidir.

Bütün bunlar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun qarşısına qoyulan müvafiq tapşırıqların da yüksək səviyyədə icrasına zəmin yaradıb. Fond ötən ay ərzində pensiya və müavinətlərin vaxtında ödənilməsi, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması, habelə pensiya və müavinətlərin qanunvericilikdə nəzərdə tutulan qaydada təyinatı işlərinin icrasını təmin edib. Belə ki, əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına ödəmələrin vaxtında maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib, pensiya ödənilməsinə 15 milyon 481 min manat, sosial müavinətlərin ödənilməsinə isə 254 min manat vəsait xərclənib. Təyin olunan əmək pensiyalarının və müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilib.
Hesabat ayında müvafiq orqan tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 9 milyon 412 min manat vəsait daxil olub. Ümumilikdə pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 59,8 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində muxtar respublikada yığılıb. Ötən ay 1 hüquqi şəxs və 209 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb.
Müvafiq dövr ərzində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranan 193 vətəndaşa əmək pensiyası təyin olunub. Bunlardan 141-i yaşa, 12-si sağlamlıq imkanları məhdudluğa, 40-ı isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxan vətəndaşlar olub. Həmçinin fərdi uçot sistemi sahəsində də işlər davam etdirilib, yeni əmək fəaliyyətinə başlayan 167 sığortaolunana fərdi şəxsi hesab açılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə
Fondunun mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR