18 Sentyabr 2021, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluq imkanları artırılıb. Bu istiqamətdə aparılan tədbirlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iyul ayının 12-də Kəngərli rayonunda keçirilən əmək yarmarkasında işaxtaranlara 9 dövlət, 7 özəl sektor olmaqla, ümumilikdə, 16 müəssisədən 111 boş iş yeri təqdim olunub. Əmək yarmarkasında 33 nəfər sözügedən vakansiyalar üzrə işə göndərilib, 2 nəfərin peşə hazırlığı kurslarına, 6 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Qeyd edək ki, növbəti əmək yarmarkası bu gün Sədərək rayonunda təşkil ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR