18 Sentyabr 2021, Şənbə

Naxçıvan Muxtar Respublikasında ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi ötən ay da diqqətdə saxlanılmış, bir sıra görüş, seminar, təlim və monitorinq keçirilmişdir.
Ötən ay 1 aztəminatlı ailəyə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış və ailəyə ehtiyaclarına uyğun köməklik göstərilmişdir. Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi “İcma quruculuğu təşəbbüsləri proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” adlı layihə çərçivəsində biznes planlaşdırılması üzrə “Sahibkar ol!” təlimi keçirilmiş, təlim zamanı sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan qadınlar da daxil olmaqla, muxtar respublika üzrə 28 nəfər məşğul olmaq istədikləri fəaliyyət sahələrini qurmaq üçün layihədə iştirak edir. Layihənin sonunda 20 nəfərə sərmayə kapitalının verilməsi nəzərdə tutulmuşdur.
Özünüməşğulluğunu təmin etmiş sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında, ümumilikdə, 7 qadının 123 manat dəyərində 27 əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur.

Ötən ay “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsində sərmayə kapitalı verilmiş qadınlardan 5-nin təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilmişdir. Monitorinq zamanı layihə iştirakçılarının sərmayə kapitalının bağlanmış müqavilələrə uyğun istifadə etmələrinə nəzarət olunması və ayrılmış sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılmışdır.
Hesabat ayında Babək rayonunda yaşayan sağlamlıq imkanları məhdud və aztəminatlı ailənin üzvü olan qadın­lar üçün toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilib. Təlimdə 15 aztəminatlı ailə üzvü, 10 sağlamlıq imkanları məhdud və Babək Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin müvafiq dərnək rəhbərləri olan 4 qadın iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair yaradılmış elektron məlumat bankına 274 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar iyun ayı ərzində tədrisə cəlb edilmiş 6 sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 1 müəssisədə monitorinq keçirilmişdir.
Ordubad rayonunda fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı rəhbər şəxslərin iştirakı ilə maarifləndirici seminar keçirilmiş, müvafiq sahə ilə əlaqədar hazırlanmış 50 broşür seminar iştirakçılarına paylanılmışdır.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədilə 4 uşaq müəssisəsində və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 2 uşağın evində monitorinq aparılmışdır.
Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilmişdir. Mövzu ilə əlaqədar tədbir iştirakçılarına komitə tərəfindən hazırlanmış 30 broşür paylanmışdır.
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta internat məktəbində hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 41 uşağa, Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbinin uşaqları olmaqla, ümumilikdə, 15 sağlamlıq imkanları məhdud uşağa hədiyyə təqdim edilmişdir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə şəhid və qazi övladları ilə görüş keçirilmiş, görüşdə 69 şəhid və qazi övladına hədiyyə təqdim olunmuşdur.


Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR