18 Sentyabr 2021, Şənbə

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər vətəndaşların sosial rifah vəziyyətinin yaxşılaşmasını təmin etmişdir. Yaradılan yeni müəssisə və iş yerləri əhalinin məşğulluğunu təmin edir, onların gəlirlərinin artmasına səbəb olur. Əhalinin rifahının yüksəldilməsini şərtləndirən bir amil də verilən sərəncamların, fərmanların, hökumətin qərarlarının muxtar respublikada vaxtında və yüksək səviyyədə icra olunmasıdır. Əhalinin sosial durumunun yüksəlməsi həm də dayanıqlı və davamlı inkişafa təminatdır. Sosial-iqtisadi sahədə görülən işlər iqtisadi islahatların dərinləşməsini və bazar iqtisadiyyatı istiqamətində müvəffəqiyyətlə irəliləməsini, əhalinin həyat səviyyəsinin dinamik olaraq yaxşılaşmasını təsdiq edir.

Muxtar respublika iqtisadiyyatının davamlı inkişafı cəmiyyətin başlıca sosial məsələlərdən olan pensiya təminatında mühüm rola malikdir. Muxtar respublikada vətəndaşların pensiya təminatının təkmilləşdirilməsi, pensiyaçıların həyat səviyyəsinin yüksəldilməsi, maddi rifah halının yaxşılaşdırılması həmişə diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə çevik idarəetmənin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda və onun yerli qurumlarında müasir standartlara uyğun iş yerləri yaradılmış, vətəndaşlara göstərilən xidmət müasir səviyyədə qurulmuşdur. Bunun nəticəsidir ki, hər ay olduğu kimi, iyul ayında da əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılmışdır. Təyin olunan əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsilə pensiyaçılara çatdırılmışdır. İstəklərinə uyğun olaraq kənd­lərdə yaşayan əmək pensiyaçıları, yaşadığı məntəqədən kənara getmədən ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını rahatlıqla əldə etmişlər.
Qeyd edək ki, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət
Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR