21 Aprel 2021, Çərşənbə

Muxtar respublikanın ahıl sakinləri dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub və bu qayğı ildən-ilə artmaqdadır. Hazırda tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan ahıl vətəndaşlardan 285 nəfərə evlərində, 5 nəfərə isə Ahıllar Evində sosial xidmətlər göstərilir. Yaxın qohumu ilə eyni yaşayış məntəqəsində yaşamayan və kənar şəxslərin qulluğuna ehtiyacı olan tənha ahıllara mütəmadi olaraq evlərində baş çəkilir, zəruri məişət işlərində köməklik göstərilir. Ahıl insanların sağlamlıqlarının qorunması, tibbi reabilitasiyası da diqqət mərkəzində saxlanılır, onlar vaxtaşırı həkim müayinəsindən keçirilir.

Artıq ahıllarla təşkil olunan tədbirlərdə sosial könüllülərin də iştirakının təmin edilməsi ənənə şəklini alıb. Bu tədbirlərin davamı kimi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Şərur rayonunda sosial xidmət göstərilən tənha ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub. Könüllülər onlara məişət işlərində köməklik göstərib, təmizlik işləri aparıb, həyətyanı sahələrdə müxtəlif meyvə ağacları əkiblər. Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR