21 Aprel 2021, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” nın icrası istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsinin, Naxçıvan Şəhər və Şahbuz Rayon məşğulluq mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilib. Məqsəd Azərbaycan Respublikasının ordu sıralarından tərxis olunan hərbi vəzifəlilərin məşğulluqlarının təmin edilməsi ilə bağlı maarifləndirmə işi aparmaq olub.

Əvvəlcə 44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyünü təmin etmək uğrunda canlarından keçərək əbədiyyətə qovuşan əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, mayor Anar Aqilov tədbirdə çıxış edərək Azərbaycan Respublikasının ordu quruculuğundan, ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərdən, xidmətin səfərbərlik zamanı fəaliyyətindən, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıdan, həmçinin ordu sıralarından tərxis olunan hərbi vəzifəlilərin məşğulluqlarının təmin edilməsindən bəhs edib.
Naxçıvan Şəhər Məşğulluq Şöbəsinin direktoru Elmar Eyvazov və Şahbuz Rayon Məşğulluq Şöbəsinin direktoru Fəxrəddin Bağırov çıxış edərək tərxis olunan gənclərimizə əhalinin məşğulluğunun artırılması ilə bağlı Dövlət proqramı barədə məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıb.

 Telli MƏMMƏDOVA

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR