15 Aprel 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikada işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması istiqamətində əmək yarmarkalarının təşkili də diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı olaraq aprel ayının 6-da Sədərək rayonunda keçirilən əmək yarmarkasında işaxtaranlara 4-ü dövlət və 2-i özəl sektor olmaqla, ümumilikdə, 6 müəssisədən 78 boş iş yerləri təqdim edilib. Bunlardan 56-nı qulluqçu vəzifəsi, 22-ni isə fəhlə peşəsi təşkil edib. Qeyd edək ki, əmək yarmarkasında 10 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 6 nəfərin peşə kurslarına və 17 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Əmək yarmarkaları aprel ayı ərzində davam edəcək və növbəti əmək yarmarkası aprel ayının 8-də Kəngərli rayonunda təşkil ediləcəkdir.

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR