15 Aprel 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması mart ayında da diqqətdə saxlanılmış, bununla əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir.
Ötən ay Şərur rayonunun Yengicə kəndində yaşayan aztəminatlı Süleymanovlar ailəsinə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış və ailəyə ehtiyaclarına uyğun köməklik göstərilmişdir.

Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı təşkil edilmiş, 514 şəxsin 7426 rəsm və əl işi nümayiş olunmuşdur. 11 gün davam etmiş sərgi-satışda 278 müəllifin 26557 manat dəyərində 2583 rəsm və əl işi satılaraq dəyəri sahiblərinə təqdim olunmuşdur. Əlavə olaraq sərgi-satış çərçivəsində “Ən yaxşı əl işləri” müsabiqəsi keçirilmiş, münsiflər heyəti tərəfindən 9 qalib müəyyənləşdirilmiş, sərgi-satışın son günü onlar diplom və hədiyyə ilə mükafatlandırılmışdır.
Özünüməşğulluğunu təmin etmiş sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən sərgi-satışda və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin satış mağazasında 48 istedadlı qadının 614 manat dəyərində 109 əl işi satılmışdır. Ümumilikdə isə 2021-ci ilin I rübü ərzində 326 şəxsin 27171 manat dəyərində 2692 rəsm və əl işi satılaraq dəyəri sahiblərinə təqdim olunmuşdur.
“Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin davamı olaraq “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsində sərmayə kapitalı verilmiş 39 qadından 4-nün yaşadığı ünvanlarda sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilmişdir.
Hesabat ayında komitə və Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda yaşayan 13 aztəminatlı ailənin üzvü, 9 sağlamlıq imkanları məhdud qadına toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilmiş, istedadlı toxucu qadın Gülsüm Kəngərli əyani vasitələrdən istifadə etməklə iştirakçılara toxucu­luq peşəsinin sirlərini öyrətmişdir.
Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədar 3 uşaq müəssisəsində və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3 uşağın evində monitorinq keçirilmişdir. Monitorinq zamanı aşkarlanan nöqsanlar aktlaşdırılmış, tədbir görülməsi üçün aid orqanlara məktub göndərilmişdir. Ötən ay valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 5 uşağın qeydiyyatı aparılmışdır. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 310 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR