15 Aprel 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi əhalinin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb.

Aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait formalaşdırıb. Proqrama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə zəruri tədbirlər icra edilməkdədir. Həmin tədbirlərin davamı olaraq Ordubad rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi və Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Baytarlıq Xidməti və Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə müvafiq proqrama cəlb edilən sakinlərlə görüş keçirilib.
Tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, onlar arasında xəstəliklərə qarşı peyvənd­ləmə tədbirlərinin aparılması, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdə­liklər və digər zəruri işlərlə bağlı müvafiq məlumatlar verilib.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra müvafiq təşkilatların əməkdaşları Ordubad rayonu ərazisində proqram çərçivəsində qurulmuş bəzi təsərrüfatlara baş çəkib, sakinlərə zəruri tövsiyələr veriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR