15 Aprel 2021, Cümə axşamı

Muxtar respublikada həyata keçirilən aktiv məşğulluq tədbirləri cəmiyyətin hər bir üzvünün arzusuna, qabiliyyət və bacarığına uyğun olaraq peşə və ixtisas seçiminə əlverişli zəmin yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Proqramın icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin birgə təsdiq etdiyi qrafikə uyğun olaraq ümumtəhsil məktəblərinin IX, X və XI siniflərində təhsil alan şagirdlərə əmək bazarının tələbləri əsasında bilik və bacarıqlarına uyğun peşə və ixtisas barədə məlumatlar verilir, onlara gələcək peşə seçimində köməklik göstərilir. Cari tədris ili ərzində artıq 4753 şagird bu peşəyönümlü məşğələlərə cəlb olunub. Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri də peşəyönümlü məşğələlərə cəlb edilib, onlara əmək bazarında tələb olunan peşə və ixtisaslar haqqında məsləhət xarakterli məlumatlar verilib. Tədbir zamanı peşəyönümlü məşğələlərin peşə seçimində rolu və əhəmiyyəti, peşə seçimində “səkkiz bucaq situasiyası”, məşhur peşələrin xüsusiyyətləri ilə bağlı mövzular ətrafında elektron lövhədə slaydlar və videomateriallar nümayiş etdirilib.
Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərində peşəyönümlü məşğələlərin təşkili tədris ilinin sonuna qədər davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR