16 Yanvar 2021, Şənbə

Muxtar respublikada nəşriyyat işinin müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır. Son illərdə bu sahədə görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində ən müasir çap avadanlıqları hesabına günün tələbləri səviyyəsində tərtibat özünəməxsusluğu və poliqrafik keyfiyyəti ilə seçilən nəşrlər həyata keçirilir. Bu günlərdə nəşr olunan, dizayn və fərqli tərtibatı ilə göz oxşayan 2021-ci ilin təqvimi də xüsusi maraqla qarşılanıb.

Təqvimin dizayn və tərtibatında muxtar respublikanın tarixi və mədəniyyət abidələri, ilin fəsillərinə uyğun təbiət mənzərələri və əlamətdar günlərin yer aldığı fotolar öz əksini tapıb. Təqvimi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyindən və dəftərxana ləvazimatları satılan mağazalardan əldə etmək olar.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR