16 Yanvar 2021, Şənbə

“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollekivi tikintisi davam edən Naxçıvan Futbol Federasiyasının Təlim-məşq kompleksinin ərazisində iməcilik keçirib.
Uzunoba gölü ətrafında inşa edilən kompleksin ərazisində iməcilik zamanı ətraf tullantılardan təmizlənib, 100-ə yaxın dekorativ ağac əkilib.

Muxtar respublikamızda ekoloji tarazlığın qorunması, bu məqsədlə təbiətin zənginləşdirilməsi, yaşıllıqlara qulluq göstərilməsi və bu kimi tədbirlər nazirlik tərəfindən ardıcıl olaraq davam etdirilir. İməciliklər yolu ilə həyata keçirilən bu tədbirlərdə muxtar respublika gəncləri həvəslə iştirak edirlər.
Qeyd edək ki, avqust ayından etibarən Uzunoba gölünün ətrafındakı ərazidə tikintisinə başlanılan kompleksdə inşaat fasiləsiz icra olunur. Federasiyanın təlim-məşq kompleksinin ərazisinə iki tribunadan ibarət süni örtüklü futbol stadionu, üstüörtülü və hasara alınmış minifutbol meydançaları, iki tribunalıq çimərlik futbolu stadionu və inzibati bina daxildir. Eyni zamanda tribunaların daxilində paltardəyişmə, hakim və həkim otaqları da mövcuddur.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR