24 Yanvar 2021, Bazar

Naxçıvan şəhərində virus infeksiyalarına qarşı genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir. Dekabr ayının 26-da da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi qurğularla təchiz edilmiş 4 yanğınsöndürmə avtomobili vasitəsilə Naxçıvan şəhərində avtomobil yolu və səkilər daxil olmaqla, 1 milyon 500 min kvadratmetr sahə, eləcə də təyin olunmuş dezinfeksiya qrupları tərəfindən Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Hüseyn Cavid məqbərəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublika İdarəsi, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti, Sahil Parkı, “Əyləncə adası”, “Görüş yeri” kafesi, “Cahan” Alış-Veriş Mərkəzi, “Cahan” İnşaat Materiallarının Satış Mərkəzi, Saat Meydanı, Möminə xatın türbəsi, Əcəmi Seyrəngahı və “Gənclik” Mərkəzinin ətrafı dezinfeksiya edilib.

Həmin gün Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin xüsusi təyinatlı dezinfeksiya avtomobili cəlb olunmaqla, “Çənlibel” və “Qoçüstü” məhəllələrində ictimai yaşayış binalarının girişləri, ətrafı və zirzəmisi dezinfeksiya olunub.
Bu tədbirlər çərçivəsində Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın digər rayon və şəhərlərində də dezinfeksiya işləri intensiv olaraq davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR