27 Yanvar 2021, Çərşənbə

Noyabr ayının 21-də keçirilən iməciliklərdə muxtar respublikanın sakinləri fəallıq göstəriblər. Naxçıvan Şəhər Sutəmizləyici Qurğular Kompleksinin ətrafındakı 4 hektarlıq bağda 900 meyvə və 900 meşə ağacı, ümumilikdə, 2,5 hektarlıq ərazidə bərpa məqsədilə 600 meşə ağacı və 300 gül kolu əkilib.
İməcilikdə şərurlular da yaxından iştirak ediblər. Belə ki, Dizə, Həmzəli və Axura kəndləri istiqamətində yol kənarlarında bərpa məqsədilə, ümumilikdə, 500 meşə ağacı əkilib, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.

Babəklilər Arazkənd yaxınlığındakı 2 hektarlıq ərazidə bərpa məqsədilə 1000 meşə və 200 meyvə ağacı əkib, yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Ordubadlılar Bayraq Meydanının arxasındakı 0,6 hektarlıq bağda 450 meyvə, Ordubad şəhər–Aşağı Əylis kəndi arasında yol kənarlarında bərpa məqsədilə 200 meşə ağacı əkiblər.
Culfa rayonunun sakinləri Camaldın və Ərəzin kəndləri ərazisindəki 2 hektarlıq yeni bağda 1000 meyvə, bərpa məqsədilə, ümumilikdə, 2 hektarlıq ərazidə 200 meşə və 200 meyvə ağacı, Culfa düzündəki 0,3 hektarlıq ərazidə 250 üzüm kolu əkiblər.
Kəngərli rayonunun Böyükdüz kəndindəki 1,2 hektarlıq yeni bağda 700 badam, kənddəki 11 hektarlıq bağda bərpa məqsədilə 300 meyvə, Sement zavodunun yaxınlığındakı 0,3 hektarlıq ərazidə 150 həmişəyaşıl, Naxçıvan-Sədərək magistral yolunun Böyükdüz kəndi hissəsindəki 4 hektarlıq ərazidə isə bərpa məqsədilə 150 meyvə və 400 meşə ağacı əkilib.
Şahbuz rayonunda Sələsüz-Türkeş kəndləri arasındakı yolkənarı ərazidə 3,2 hektarlıq yeni salınmış bağda 4200 üzüm tingi, Türkeş kəndindəki 2,5 hektarlıq ərazidə bərpa məqsədilə 200 meyvə ağacı əkilib.
Sədərək rayonunda Bayraq Meydanı ətrafındakı 1 hektarlıq ərazidə bərpa məqsədilə 1000 meyvə, Naxçıvan-Sədərək magistral yolunun kənarında 200 meşə ağacı əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
İməciliklərdə, ümumilikdə, muxtar respublika üzrə 19 min 166 nəfər iştirak edib. 14 min 800 ağac və bəzək kolları, 4000 meşə ağacı, 5900 meyvə ağacı, 150 həmişəyaşıl ağac, 4450 üzüm, 300 bəzək kolu əkilib.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR