26 Noyabr 2020, Cümə axşamı

Oktyabr ayı ərzində kənd təsərrüfatının müxtəlif sahələri ilə əlaqədar nazirliyin mütəxəssisləri tərəfindən torpaq mülkiyyətçilərinin və ailə təsərrüfatı başçılarının iştirakı ilə müşavirələr, tarla seminarları və maarifləndirmə tədbirləri keçirilmişdir. Müşavirələrdə iştirakçılara payız əkinlərinin optimal müddətdə aparılması, şumdan qabaq mineral və üzvi gübrələrin torpağa verilməsi, keyfiyyətli toxum tədarükü və toxumun dərmanlanmasının, əkinlərin şırım üsulu ilə aparılmasının əhəmiyyəti haqqında məlumat verilib. Şərur rayonunda torpaqların şorluluq dərəcəsi, eroziyası ilə bağlı monitorinqlər və planaalma işləri aparılıb.

Hesabat ayında payızlıq taxıl əkinlərinin aparılmasında həyata keçirilməsi vacib olan tədbirlərlə əlaqədar müraciət edən torpaq mülkiyyətçilərinin müraciətlərinə baxılmış, nazirliyin mütəxəssisləri tərəfindən onlara lazımi tövsiyələr verilmişdir. Həmçinin muxtar respublika ərazisində qarğıdalı biçininin vaxtında aparılması və məhsulun itkisiz toplanması üçün mexanizator və texnika mülkiyyətçiləri ilə fərdi qaydada söhbətlər aparılmış, onlara məsləhətlər verilmişdir. Payızlıq taxıl əkinlərinin optimal müddətdə başa çatdırılması, əkin zamanı baş verə biləcək nasazlıqların tez bir zamanda aradan qaldırılması üçün rayonlarda payızlıq əkinlərdə iştirak edəcək texnikaların vəziyyəti daim nəzarətdə saxlanılaraq texnika sahibkarları ilə fərdi qaydada söhbətlər aparılmışdır.
Ötən ay “Araz” Elm-İstehsalat Birliyinin Elmi şurasının iclası keçirilmiş, tədqiqat işləri müzakirə olunmuşdur. Birliyin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizlər şöbəsinin əməkdaşları Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunan və Şərur rayonunun 10 kəndindən götürülmüş 39 torpaq nümunəsində, həmçinin İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2 çeşiddə, 6 halda gətirilmiş fosfor və azot gübrələrinin analizlərini aparmış, nəticələri haqqında məlumat verilmişdir. Birliyin əməkdaşları tərəfindən hazırlanmış “Naxçıvan Muxtar Respublikasının boz torpaqları şəraitində tərəvəz toxumunun böyümə və inkişaf xüsusiyyətləri” adlı elmi məqalə çap olunmaq üçün Rusiya Federasiyası Altay Dövlət Aqrar Universitetinə göndərilmişdir.
Toxumçuluq və bitkilərin mühafizəsi idarəsi tərəfindən 45 torpaq mülkiyyətçisi və ailə təsərrüfatı sahiblərinin gətirdikləri toxum nümunələri laboratoriya şəraitində aniliz edilərək onlara nəticələri haqqında məlumat verilmişdir.
2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı heyvandarlarla fərdi qaydada maarifləndirici görüşlər keçirilmiş, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində süni mayalandırma tədbirlərinin davam etdirilməsi və üstünlükləri haqqında məlumat verilmişdir.


Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR