05 Dekabr 2020, Şənbə

Dünən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, xüsusi qayğıya ehtiyacı olan şəxslər dövlətimizin hərtərəfli qayğısı əhatəsindədir. Onların sosial reabilitasiyaları, təhsil almaları, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarını səmərəli keçirmələri istiqamətində davamlı işlər görülür.

Qeyd olunub ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslərin informasiya texnologiyalarının imkanlarından istifadələri üçün hərtərəfli şərait yaradılıb. Bu kateqoriyadan olan şəxslər üçün brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunur, jurnallar nəşr edilir, həmçinin onlara audiokitabxana xidməti göstərilir.
Dünən muxtar respublikanın bütün şəhər və rayonlarında Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə müvafiq kateqoriyadan olan şəxslərlə görüşlər keçirilib. Bu tədbirlərdə, ümumilikdə, görmə məhdudiyyəti olan 300 şəxsə sovqatlar təqdim olunub. Eyni zamanda tədbirdə iştirak edə bilməyən görmə məhdudiyyəti olan şəxslərə evlərində baş çəkilib, onlara ehtiyaclarına uyğun sovqatlar verilib. Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR