02 Dekabr 2020, Çərşənbə

Dünən Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə valideynlərini itirmiş, aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqlara qış geyimləri verilib.
Tədbirdə çıxış edən Təhsil naziri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışıb.
Bildirib ki, bu qəbildən olan uşaqlara qayğının ifadəsidir ki, muxtar respublikada Gözdən əlillər üçün xüsusi ibtidai məktəb, Distant tədris mərkəzi, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılıb, nitq problemləri olan uşaqlar üçün Defektoloji bölmə fəaliyyətə başlayıb, görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki, bu gün muxtar respublikada bütün sahələrdə bərqərar olunan tərəqqi və inkişafı sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasında da aydın görmək olar. Nazirlik və aidiyyəti dövlət qurumları tərəfindən bu kateqoriyadan olan uşaqlara tolerant təhsil mühitinin formalaşdırılması məqsədilə təhsil müəssisələrində monitorinqlər aparılır, bu istiqamətdə maarifləndirici görüşlər keçirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Diyarımızda yaşayan bütün uşaqlar kimi, valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid, aztəminatlı və çoxuşaqlı ailələrin uşaqlarının hüquqlarının qorunması, sosial müdafiələrinin gücləndirilməsi ilə bağlı proqramlar qəbul edilir və icra olunur. Tədbirdə sosial qayğıya ehtiyacı olan şagirdlərin valideynləri adından çıxış edən Tamara Zeynalova bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonda aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud şagirdlərə qış geyimləri verilib.
Qeyd edək ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum 81, sağlamlıq imkanları məhdud 286, aztəminatlı ailələrin övladlarından isə 85 olmaqla, ümumilikdə, 452 məktəbli təhsil sovqatı ilə sevindirilib.
Həmin gün muxtar respublikanın rayonlarında da aidiyyəti təşkilatların və rayon İcra hakimiyyətlərinin nümayəndələri tərəfindən sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimləri verilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR