26 Noyabr 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində payız-qış mövsümünün uğurla başa vurulması məqsədilə işlərə həsr olunmuş tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar nazirinin müavini Həbib Novruzov açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə nazirliyə yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqətin artırılması, mal-material ehtiyatının yaradılması barədə tapşırıqlar verilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Sonra Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin şöbə rəisi, polkovnik Emin Qasımov tədbir iştirakçılarına nazirlikdə və tabeli qurumlarında mülki müdafiə hazırlığının təşkilinə və tədbirlərin keçirilməsinə diqqətin artırılması barədə məlumat verib.
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin aparat rəhbəri Əziz Hümbətov bildirib ki, muxtar respublika əhalisinə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə mal-material ehtiyatının yaradılması başa çatdırılıb, rabitə mütəxəssisləri mövsümə uyğun geyimlə təmin olunublar. Bunlarla yanaşı, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumulyatorlara texniki baxış keçirilir, aşkar olunan çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılır.
Sonra Fövqəlаdə Hаllаr Nаzirliyinin əməkdaşları Azadə Cəfərova və Afaq Alməmmədova çıxış ediblər.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni
Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR