26 Noyabr 2020, Cümə axşamı

Noyabr ayının 7-də keçirilən iməciliklərdə muxtar respublikanın sakinləri fəallıq göstəriblər. Naxçıvan şəhərində, Uzunoba Su Anbarının yaxınlığındakı 1 hektarlıq yeni bağda 650 meyvə, həmin ərazidəki 2 hektarlıq sahədə bərpa məqsədilə 550 meyvə və 200 üzüm tingi, yeni tikilməkdə olan hərbi hospitalın yaxınlığındakı 2 hektarlıq yeni salınmış bağda 388 meşə, 150 meşə və 50 həmişəyaşıl ağac, bərpa məqsədilə, ümumilikdə, 3 hektarlıq ərazidə 762 meyvə, 150 meşə və 392 həmişəyaşıl ağac əkilib.
İməcilikdə şərurlular da yaxından iştirak ediblər. Belə ki, Şəhriyar kəndindəki yeni tikilmiş obyektlərin yaxınlığındakı 1,6 hektarlıq ərazidə 680, Yeni Havuş kəndindəki 2 hektarlıq bağda bərpa məqsədilə 300 meyvə ağacı əkilib, Kürkənddə ahıl vətəndaşın evində təmizlik işləri aparılıb.
Babəklilər Xal-xal kəndi ərazisindəki 4 hektarlıq sahədə 800 meşə ağacı əkmiş, yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Ordubadlılar Naxçıvan-Culfa-Ordubad magistral yolunun Dəstə kəndindən keçən hissəsində 300 meşə, və Qazi massivindəki 1 hektarlıq sahədə 500 meyvə, bərpa məqsədilə, ümumilikdə, 7 hektarlıq ərazidə 400 meyvə ağacı əkiblər.

Culfa rayonunun sakinləri Camaldın və Ərəzin kəndləri ərazisindəki 2 hektarlıq yeni bağda 200 meyvə və 600 meşə ağacı, ümumilikdə, 7 hektarlıq ərazidə 200 meyvə ağacı əkiblər.
Kəngərli rayonunda Qabıllı kəndi ərazisində və Sement zavodunun yaxınlığındakı sahədə 270 həmişəyaşıl, Naxçıvan-Sədərək magistral yolunun Böyükdüz, Yeni Kərki, Xok və Qabıllı kəndlərindən keçən hissəsindəki 10 hektarlıq ərazidə bərpa məqsədilə, ümumilikdə, 2850 meyvə və 300 meşə ağacı əkilib.
Şahbuz rayonunda Şahbuz şəhəri ərazisindəki 1 hektarlıq yeni salınmış bağda 950 meyvə, Şahbuzkənd yolundakı 0,8 hektarlıq ərazidə 700 meşə ağacı əkilib.
Sədərək rayonunda Naxçıvan-Sədərək magistral yolunun kənarında “Çapacaq” adlanan ərazidəki 2 hektarlıq yeni salınmış bağda 1000 meyvə, bərpa məqsədilə, ümumilikdə, 200 həmişəyaşıl ağacı əkilib.
İməciliklərdə, ümumilikdə, muxtar respublika üzrə 19 min 451 nəfər iştirak edib. 13 min 542 ağac və bəzək kolları, 3000 meşə ağacı, 9430 meyvə ağacı, 912 həmişəyaşıl ağac, 200 üzüm kolu əkilib.

Xəbərlər şöbəsi

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR