30 Noyabr 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, müvafiq sahə ilə bağlı təbliğat işinin aparılması oktyabr ayında da diqqətdə saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud və aztəminatlı ailənin üzvü olan 170 qadınla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılmışdır. Onlardan 3-nün kompüter, 1-nin dərzi, 1-nin aşpaz, 1-nin bərbər-manikürçü, 1-nin toxuculuq peşə kurslarına cəlb olunması üçün ümumilikdə, 7 qadın haqqında məlumat Naxçıvan Muxtar Respublikasının Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə göndərilmişdir.

Ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmışdır. Belə ki, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan aztəminatlı Məmmədovlar, Şərur rayonunun Düdəngə kəndində yaşayan aztəminatlı Qurbanovlar ailəsinə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış, ailələrə ehtiyaclarına uyğun köməklik göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş“2016-2020-ci illərdə Naxçıvan Мuxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı oktyabr ayı ərzində 15 nəfəri məktəbəqədər yaşlı olmaqla, 50 sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə əlaqə yaradılmış və onlarla geniş maarifləndirici söhbət aparılmışdır. Əlaqə saxlanılan uşaqlardan 4-ü ümumtəhsil məktəblərinin I sinfinə, 5-i ümumtəhsil məktəblərinin hazırlıq sinfinə, 1-i Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzinə cəlb olunmuşdur. Oktyabr ayı ərzində elektron məlumat bankına 679 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR