21 Oktyabr 2020, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirləri sentyabr ayında da davam etdirmişdir. Ötən ay ərzində “Naxçıvanı tanıyaq” devizi altında gənclərin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiyası təşkil edilmiş, fiziki imkanları məhdud yeniyetmələr arasında rəsm müsabiqəsi, gənclər arasında “Koronavirus pandemiyası ilə mübarizə” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur. Gənclər arasında “Axtar tap” intellektual oyunu, gənc yazıçı Nərgiz İsmayılovanın “Metakədər” kitabının onlayn təqdimatı keçirilmiş, yeniyetmələr arasında “Kim? Nə? Hara?” intellektual oyununun rayon mərhələlərinin televiziya çəkilişləri təşkil olunmuş, Bakı şəhərində gənclər arasında keçirilən “Xəmsə” milli intellektual oyunu Azərbaycan çempionatında muxtar respublikanı təmsil edən komandanın iştirakı təmin edilmişdir.

Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxslərin, ölkənin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə könüllü gənclər tərəfindən “Qəhrəmanlar unudulmur” adlı, eləcə də muxtar respublikada yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı videoçarxlar hazırlanmış, nazirliyin sosial şəbəkələrdəki səhifələrində paylaşılmışdır.
Ötən ay Gənclər və İdman, Təhsil nazirlikləri və Atletika Federasiyasının təşkilatçılığı ilə məktəblilər arasında əyləncəli idman oyunları, Beynəlxalq Ahıllar Gününə həsr olunmuş ahıl şəxslər arasında stolüstü idman oyunları keçirilmişdir. Həmçinin futbol məşqçiləri üçün “C” kateqoriyalı məşqçilik kursları, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının üzvləri arasında peyntbol üzrə muxtar respublika birinciliyi, şahmat üzrə tempo turnir təşkil olunmuşdur.


Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR