19 Oktyabr 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün 15 iyul 2020-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanlarına 17 sentyabr tarixdən start verilib.

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir.
Test imtahanlarında Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak edə bilirlər.
Müsabiqəyə çıxarılmış 193 vakant vəzifəni tutmaq üçün 125 namizəd sənəd təqdim edib. Naxçıvan Musiqi Kollecinə işə qəbul üçün test imtahanında hər bir namizədə, ümumilikdə, 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşı­rığı təqdim edilir. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün imtahanda hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilir. Hər bir düzgün cavab bir balla qiymətləndirilir.
Naxçıvan Musiqi Kollecinə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün 60 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir və müsahibə mərhələsinə ­buraxılır.
Nəticələr Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları 19 sentyabr 2020-ci il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR