23 Sentyabr 2020, Çərşənbə

“Google” şirkəti Android smartfonların köməyilə zəlzələlərin müəyyən edilməsi üçün ən geniş şəbəkə yaratmaq niyyətində olduğunu bildirib. Bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb.

TASS informasiya agentliyinə istinadla xəbər veririk ki, məlumatda deyilir: “Yaşadığınız yerdən asılı olmayaraq sizin Android zəlzələ haqqında xəbərdarlıq sisteminin bir hissəsi ola bilər. Bu, o deməkdir ki, sizin telefon mini seysmometr ola bilər və dünyada ən böyük zəlzələ xəbərdarlığı sisteminin yaradılması məqsədilə digər Android telefonlara qoşula bilər”.

“Google” şirkətinin məlumatına görə, hər smartfon kiçik akselerometrlə təchiz edilib. O, yaxınlıqdakı zəlzələni təsdiqləyən siqnalları qeyd edəcək. Zəlzələnin həqiqətən müəyyən bir yerdə olub-olmadığını müəyyənləşdirmək məqsədilə, siqnallar müxtəlif smartfonlardan məlumat toplayan və emal edən xüsusi serverə göndəriləcək.

Birinci mərhələdə yaxınlıqdakı yerdə zəlzələ haqqında məlumatı “Google” axtarış sisteminə sorğu verməklə öyrənmək olar. Lakin şirkət gələcəkdə ABŞ və digər ölkələrin sakinlərinə zəlzələ barədə bildiriş göndərməyi planlaşdırır.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR