15 Avqust 2020, Şənbə

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən – Qurban bayramı ərəfəsində Naxçıvan şəhərində xüsusi qayğıya ehtiyacı olan şəxslərlə görüşlər keçirilib, onlara bayram sovqatları təqdim olunub. Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edənlər bildiriblər ki, sosial qayğıya ehtiyacı olan şəxslər dövlətimizin hərtərəfli qayğısı əhatəsindədir. Onların sosial müdafiəsi, məşğulluğu, habelə cəmiyyətə inteqrasiyalarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir, göstərilən xidmətlərin həcmi və keyfiyyəti ilbəil yaxşılaşdırılır.
Qeyd edək ki, ümumilikdə, 1026 ailəni əhatə edəcək bu tədbirlər iyulun 31-də muxtar respublikanın digər rayonlarında da keçiriləcək.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR