16 Avqust 2020, Bazar

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir, onların zəruri sosial məsələlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Müvafiq kateqoriyalı şəxslərə göstərilən xidmətlərin həcmi və keyfiyyəti daha da artırılır, onların reabilitasiya vasitələri ilə təminatı daim diqqət mərkəzində saxlanılır.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edən vətəndaşlara, o cümlədən müvafiq kateqoriyadan olan uşaqlara protez xidmətləri göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar. Bununla yanaşı, mərkəzin həkim heyəti tərəfindən dayaq-hərəkət sisteminin funksiyalarını itirmiş muxtar respublika sakinlərinə səyyar xidmətlərin göstərilməsi də diqqətdə saxlanılır. Bu tədbirlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Babək və Ordubad rayonlarında keçirilən səyyar xidmətlər zamanı məhdud fiziki imkanlı şəxslərdən protez və ortez sifarişləri qəbul edilib, zəruri hallarda protezlər təmir edilib. Eyni zamanda müvafiq kateqoriyadan olan şəxslər veloaraba, protez ayaqqabı və digər texniki, köməkçi reabilitasiya vasitələri ilə də təmin olunub.
Sağlamlıq imkanları məhdud şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR