10 Avqust 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu Ordubad rayonunda olublar.

Komissiyadan bildirilib ki, xidmət zamanı Fövqəladə Hallar Nazirliyinə, dövlət ümumi təhsil müəssisələrinə və dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqələrdə iştiraklarını təmin etmək məqsədilə vətəndaşlara qeydiyyatdan keçməkdə operativ köməklik göstərilib.

Könüllülər təlimlər zamanı əldə etdiyi bilikləri xidmətdə tətbiq edərək Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşının müşayiəti ilə vətəndaşlardan müsabiqədə iştirak etmək üçün lazımi sənədləri qəbul edib, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq onların skan edilmiş surətlərini şəxsi kabinetə yükləyib və qeydiyyatdan keçirməklə müsabiqələrdə iştiraklarını təsdiq ediblər.

Gün ərzində 28 nəfərə səyyari elektron xidmət göstərilib.

Xidmət zamanı namizədlər tibbi maskadan istifadə edib, sosial məsafə qorunub və digər sanitar-gigiyenik tələblərə əməl olunub.

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasına gələ bilməyən vətəndaşlara yaşadıqları yerlərdə “səyyar dövlət qulluğu xidməti”ni göstərməkdir.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR