10 Avqust 2020, Bazar ertəsi

“WhatsApp” messenceri öz istifadəçilərinə bir akkauntu eyni zamanda dörd qurğu ilə istifadə etmək imkanı yaradacaq.

Bu funksiya hələlik hazırlıq mərhələsindədir. Funksiya istifadəyə verildikdən sonra messencerdə “Linked Devices” (vir-biri ilə bağlı qurğular) adlı xüsusi bölmə açılacaq. İstifadəçi bu bölmədə yeni qurğular əlavə edə biləcək.

Yeniliyin nə vaxt əlçatan olacağı barədə məlumat verilmir.

Qeyd edək ki, bir qədər əvvəl mütəxəssislər “WhatsApp” messencerində mesajları tarixinə görə sürətlə axtarmağa imkan verəcək funksiyanı testdən keçirməyə başlayıb. Hazırda funksiyanın alfa-test mərhələsində olduğu bildirilir.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR