04 Avqust 2020, Çərşənbə axşamı

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Gedən döyüşlər zamanı bölmələrimizin cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Hazırda mənfur düşmənlə həm psxoloji, həm ideoloji, həm də informasiya mühairbəsi getdiyini sosial şəbəkələrdə də aydın görmək olar. Ona görə də informasiya müharibəsində təxribatlar olduğu üçün bütün sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırırıq.

Tiktokdan sonra dünyada ən çox yüklənən App və illik gəliri 30 milyon dollar təşkil edən ermənilər tərəfindən təsis olunan “Picsart” mobil tətbiqi bu gün müharibə şəraitində məlumatlarımızın qarşı tərəfə ötürülməsində risk faktorudur. Bu tətbiqi telefonlarınızdan silmək ölkə üçün əhəmiyyətli addımdır. Sosial şəbəkələrdə davam edən informasiya müharibəsində bir vətəndaş kimi ayıq-sayıq olmaqla ordumuzla həmrəylik nümayiş etdirək.

Türkan HÜSEYNLİ