04 Avqust 2020, Çərşənbə axşamı

Muхtаr rеspublikаdа mülki müdafiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı ilə bağlı qаrşıyа qоyulmuş vəzifələrin icrası iyun ayında da davam etdirilib.

Fövqəladə hallar zamanı fəaliyyəti zəruri olan 30 müəssisə və təşkilatda hazırlığın vəziyyəti yoxlanılıb, Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində kompleks yoxlama, Uzunoba Su Anbarında isə taktiki-xüsusi təlim keçirilib. Çimərlik mövsümünə hazırlıqla əlaqədar Naxçıvan şəhər çimərliyində təmir-bərpa və təmizlik işləri aparılıb, çimərliyin açılışı təmin edilib. İyunun 15-dən xilasetmə qrupunun çimərlikdə gündəlik xidməti təşkil olunub.
Pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlər davam etdirilib, səkilər, kənd mərkəzləri, habelə qəbul və buraxılış imtahanları keçirilən 28 ümumtəhsil məktəbi dezinfeksiya olunub.
Ötən ay 10 təhlükə pоtеnsiallı оbyеktdə texniki təhlükəsizliyə əməl olunmasına nəzarət edilib, 8 müəssisədə aparılmış yoxlama-nəzarət zamanı aşkar olunmuş qayda pozuntuları aradan qaldırılıb. 9 obyektdə mühafizə işinin təşkili, 12 tibb müəssisəsində radiasiya təhlükəsizliyinin vəziyyəti yоxlanılıb, 4 tibb müəssisəsinə radioloji-gigiyenik pasport verilib.
Muxtar respublikada yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə 147 obyektdə diqqətli, 177 obyektdə nəzəri və 12 obyektdə məqsədli yanğın-texniki müayinələr aparılıb. Yerli icra hakimiyyəti orqanları ilə birgə 2 min 975 yaşayış evinə baxış keçirilib, 36 ədəd elektrik xətti və 52 ədəd şlanqla çəkilmiş qaz xəttinin yeri dəyişdirilib, nasaz 4 suqızdırıcının və 54 tezqatlanan tüstü borusunun istismarı dayandırılıb. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı 95 obyektdə icbari sığorta müqaviləsinin bağlanılması təmin edilib.
Ot-taxıl biçini dövründə sahələrdə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə əlverişli yerlərdə, intensiv biçin aparılan sahələrdə gündəlik olaraq patrul xidməti təşkil olunub.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti