08 Avqust 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına əsasən Culfa rayonunun Dəmirli yaylağında Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə heyvandarlıq təsərrüfatları sahibkarlarınının görüşü keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əyyub Abdullayev açıb. Bildirib ki, yay otlaqlarından səmərəli istifadə edilməsi diqqət mərkəzində saxlanılmalı, heyvanlara zootexniki qaydalara uyğun qulluq olunmalıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Kamran Əliyev bildirib ki, otlaqların məhsuldarlığını artırmaq üçün istifadəçilər və ya icarədarlar sahələrdən və buradakı su mənbələrindən səmərəli istifadəyə və onların qorunub saxlanmasına, otlaq sahələrində mərz (sərhəd) nişanlarının qorunmasına çalışmalıdırlar.
Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Hüseyn Məmmədov yaylaq dövründə mal-qara arasında infeksion və invazion xəstəliklərin qarşısının alınmasında profilaktik tədbirlərin keçirilməsinin əhəmiyyəti haqqında danışıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb. Mütəxəssislərin hazırladıqları müxtəlif adda buklet-informasiya kitabçaları sahibkarlara paylanılıb.

Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR