04 Avqust 2020, Çərşənbə axşamı

Muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlərə cəlb edilən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən, ümumilikdə, Şərur rayonu üzrə 240 min kvadratmetr yol və səkilər dezinfeksiya edilib.
Qeyd edək ki, rayonun Arbatan, Dərvişlər, Arpaçay, Çəmənli, Qarahəsənli, Ərəbyengicə, İbadulla, Qışlaqabbas, Tumaslı, Diyadin, Vərməziyar, Ələkli kəndlərinin mərkəzi və məhəllə yolları, kənd və xidmət mərkəzləri, mərasim evlərinin qarşısı xüsusi qurğu quraşdırılmış yanğınsöndürmə və dezinfeksiya avtomobilləri ilə dezinfeksiya olunub.

Naxçıvan Muxtar Respublikası Fövqəladə
Hallar Nazirliyinin mətbuat xidməti