04 Avqust 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və onun rayon bazalarında “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri ilə birgə biçinə cəlb olunacaq kombaynlarda və digər kənd təsərrüfatı texnikalarında yanğın-texniki müayinələr aparıb, 9 un dəyirmаnı və 2 yеm аnbаrındа yаnğın təhlükəsizliyinin vəziyyəti yoxlanılıb.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Kəngərli rayonunda da taxıl biçini digər bölgələrdə olduğu kimi təhlükəsizlik qaydalarına riayət edilməklə davam etdirilir. Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşlarının və yanğınsöndürmə avtomobillərinin iştirakı ilə davam etdirilən taxıl biçini rayonun Çalxanqala və Böyükdüz kəndləri ərazisində həyata keçirilir.

Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin dövlət yanğın nəzarəti bölməsinin rəisi, daxili xidmət kapitanı Natiq Hüseyinli bildirib ki, taxıl zəmilərində baş verə biləcək yanğınlara çevik reaksiya verilməsi məqsədilə əlverişli yerlərdə və intensiv biçin aparılan sahələrdə yanğınsöndürmə heyətlərinin və magistral yol kənarlarında motoxilasedicilərin хidmətinin təşkil edilməsi, tахıl zəmilərində işləyən kоmbаynlаra gündəlik оlаrаq yanğın təhlükəsizliyi şöbələri əməkdaşlarının növbətçilik əsasında nəzarəti plаnlаşdırılıb və növbəli şəkildə həyata keçirilir. Bütün yanğınsöndürmə avtomobilləri yaşıl süpürgələrlə təmin edilib və ehtiyat yaradılıb.

Natiq Hüseyinli qeyd edib ki, 2020-ci il üçün rayonun qəsəbə və kəndlərində, ümumilikdə, 5847 hektar taxıl əkilib. Bunun 3250 hektarı buğda, 2597 hektarı isə taxılın payına düşür. Sahələrdə işləyəcək 6 kombaynın sürücüsü və taxıl daşıyan sürücülərlə maarifləndirici söhbətlər aparılaraq yanğına qarşı təlimatlandırılıblar. Yanğınların qarşısını almaq üçün 67 yaşıl süpürgə hazırlanıb ki, bunun 15-i yanmayan materialdandır. Bu işlərlə yanaşı, rayonda fəaliyyət göstərən un dəyirmanı yanğın təhlükəsizliyi cəhətdən yoxlanılıb.

 

 

 

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR