16 İyul 2020, Cümə axşamı

Muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlərə cəlb edilən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən Ordubad və Culfa rayonlarında, ümumilikdə, 253 kilometr yol və səkilər dezinfeksiya edilib.

Qeyd edək ki, dezinfeksiya tədbirləri Culfa şəhərinin əsas yollarında, Yaycı, Əbrəqunus, Ərəzin və Kırna Kənd mərkəzlərində, eləcə də Ordubad rayonunun Unus, Kələki, Dırnıs, Anaqut, Qoruqlar, Başkənd, Vələver, Ağrı, Vənənd, Dizə və Xanağa kəndlərində həyata keçirilib.
Dezinfeksiya işlərinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürmə avtomobili, 20 nəfər şəxsi heyəti, həmçinin 1 dezinfeksiya avtomobili cəlb edilib.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR