13 İyul 2020, Bazar ertəsi

“Apple” şirkəti bu ilin sonunadək 9 yeni “iPhone” təqdim edəcək.

 Avrasiya İqtisadi Komissiyasının məlumatlar bazasında “Apple” ticarət markasına aid 9 model nömrəsi yer alıb.

Mütəxəssislər hesab edir ki, bu il “iPhone 12” seriyasına məxsus 4 yeni smartfon istehsal olunacaq. Qeyd olunur ki, 9 model bu növlərin fərqli konfiqurasiyaları olacaq. 

Analitiklərin fikrincə, “iPhone 12” və “iPhone 12 Max” daha ucuz modellər olacaq. Bununla yanaşı, şirkət bahalı “iPhone 12 Pro” və “iPhone 12 Pro Max” modellərini təqdim etməyi planlaşdırır.

Bütün modellər iOS 13 əməliyyat sistemində işləyəcək və 5G texnologiyasını dəstəkləyəcək.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR