09 İyul 2020, Cümə axşamı

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar iqtisadi, eyni zamanda sosial müdafiə sahəsində qarşıya qoyulmuş hədəflərin uğurla gerçəkləşdirilməsinə geniş imkanlar yaratmışdır. Bu inkişafda özünəməxsus yeri olan muxtar respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər iqtisadi və sosial sahədə davamlı inkişafı təmin ­etmişdir.
Muxtar respublikada əhalinin bütün təbəqələrinin, o cümlədən cəmiyyətin həssas qrupu sayılan əmək pensiyaçılarının rifah halının yüksəldilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu ötən ay ərzində nəzərdə tutulmuş tapşırıqların icrasını təmin etmişdir. Belə ki, əmək pensiyaçılarına pensiya ödənişinin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə tələb olunan vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülmüş, yerlərdə isə poçt bölmələri vasitəsilə ödənilmişdir. Eyni zamanda əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi də diqqət mərkəzində saxlanılmış, həmin şəxslərə müvafiq məbləğdə vəsait ödənilmişdir.
Pensiya hüququ yaranmış 117 vətəndaşa fond tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək pensiyası təyin olunmuşdur. Bunlardan 91-i yaşa, 5-i əlilliyə, 21-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlardır. Eyni zamanda əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması diqqətdə saxlanılmışdır. Belə ki, işəgötürənlər tərəfindən yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 120 ərizə forması elektron imza vasitəsilə sifariş verilmişdir.
Ötən ay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 17 nəfər 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 1500, 589 nəfər İkinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş və sərəncamda nəzərdə tutulmuş digər şəxslərin hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardımın həmin şəxslərin bank hesablarına köçürülməsi təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə
Fondunun mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR