07 İyul 2020, Çərşənbə axşamı

Çaşır - çoxillik sıx, qısa və bozumtul tükcüklü, ot bitkisidir. Ləçəkləri bayırdan saqqalcıqlıdır, Hündürlüyü 40-sm-dir. Kökətrafı yarpaq lövhələri enli üçküncdür, üçər-dördər yarılmış lələklidir, son ayları kütdür, uzunsov xətvaridir, eni 2-3 mm-dir. Gövdə yarpaqları kiçikdir və az yarılmış, uzun-xətvari ayalıdır. Çətirləri 5(4)-6 şüalıdır. Meyvələri uzunsovdur (uzunluğu 12-13 mm-dir), enli dalğalı-pərdəli qanadları vardır. Çiçəkləmə aprel-may, meyvəvermə may-iyun aylarına təsadüf edir. Kserofitdir. Düzənlik və aşağı dağ qurşaqlarında, gipsli, gilli yerlərdə və quru dərələrdə rast gəlinir. (2)Təhlükə altında olduğundan qorunması vacibdir. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı və Arpaçay Dövlət Təbiət Yasaqlıqlarının ərazisində təbii populyasiyaları mühafizə altına alınmalıdır.

Çaşır Azərbaycanda, əsasən, Naxçıvanda, Qubada, Qusarda geniş yayılmışdır. Acı bir dadı vardır, dadlı və iştahaçıcı turşusu olur. Naxçıvanda çox məşhurdur. Müalicə məqsədi ilə köklərindən istifadə olunur, köklərinin suda dəmləməsi yaxşı qurdqovucudur, iştah açıcıdır, immun sistemi gücləndirir, uzun müddətli öskürək zamanı faydalıdır, tərkibi antioksidantlarla zəngin olduğundan xərçəng xəstəliyinin müalicə və profilaktikasında faydalıdır.

Çaşırın faydalarını saymaqla qurtarmaz. Çaşır, metobalızmanı sürətləndirir, bağırsaqları işlədir. Ən əhəmiyyətlisi də bədənin şəkər metabolizmində mühüm rol oynayır. Şəkər səviyyəsinin tarazlığını qoruyur.
Elmi mənbələrə görə çaşır; xəbərdaredici və qaz dərmanı təsirlərindən dolayı zirə meyvəsi yerinə istifadə edilir. Kökün kimyəvi quruluşunda olan gummi-resinanın bağırsaqlardakı qurd əleyhinə təsiri aşkar edilib.(2)
Ürək əzələlərini möhkəmləndirdiyi və qəlb ətrafındakı damarlarda daralma, ya da zəifləməyinin qarşısını aldığı müəyyən olunub. Həmçinin xərçəng və şişlər əleyhinə, antibakteriyel təsirinin varlığı da müəyyən edilib.
Yenə bu bitki afrodiziak (cinsi gücü çoxaldıcı) kimi də istifadə edilir. Azərbaycanın rayonlarında yazda bitkinin 10-20 santimlik təzə zoğlarını istifadə edirlər, əsasən suda pörtüb duzlanıb yeyilir, ya da şoraba düzəldilib qış mövsümündə istifadə edilir. Həmçinin pörtlədilib,soğanla qovrulub yumurta vurularaq yeyilir.Bu detala diqqət edək: Hamilə və süd verən qadınlar çaşırdan istifadə etməməlidir. Bundan başqa, oksalik turşusu olduğu üçün yarpaqları istehlak edilməməlidir, çünki zəhərləyə bilər. 200 qram qurudulmuş çaşır köklərini 1 kq bal ilə qarışdırın, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeyin, bu məcun eynı zamanda sonsuzluğun müalicəsində hərəkətli spermanın miqdarını artırmaq məqsədi ilə də istifadə edilə bilər.

Biologiya üzrə fəlsəfə doktoru

Aynur İbrahimova Məsim qızı

 

 

 

 

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR