28 Sentyabr 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə onlayn görüş təşkil olunub.
Görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və sosial könüllülər adından Alsu Məmmədli çıxış ediblər.

Çıxışlardan sonra xüsusi karantin dövründə keçirilən tədbirlərdən və tənha ahıllarla görüşlərdən ibarət videoçarx nümayiş olunub. Həmin dövrdə keçirilən tədbirlərdə fəal iştirak edən könüllülər mükafatlandırılıb.
Sonda sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə gələcəkdə görüləcək işlər müzakirə olunub, gənclər tərəfindən təqdim olunan startap layihələri ekspert qrupunun üzvləri tərəfindən dəyərləndirilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR