06 İyun 2020, Şənbə


Dünyada pandemiya elan olunan virusun Naxçıvan Muxtar Respublikasına təsirlərinin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə “Cahan Holdinq” Şirkətlər Qurupu da fəal qoşulub. 

Holdinqdən verilən məlumata görə, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən bütün mağazaların kirayə haqqları 1 aprel 2020-ci il tarixdən 1 iyun 2020-ci il tarixədək  50 faiz azaldılıb. Həmçinin, Gənclər Şəhərciyi Yaşayış Kompleksində bütün sakinlərinin 1 aylıq (1 aprel 2020-ci il) kommunal ödənişləri ləğv edilib, kirayə  qalan sakinlərin isə 1 aylıq  ödənişi 150 manat azaldılıb. Eyni zamanda, yaşayış kompleksinin əhatəsində olan mağazaların 1 aylıq kommunal ödənişlərinin də ləğv edilməsi nəzərdə tutulur.

 Xatırladaq ki, holdinq Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat vəsait də köçürüb.

“Cahan Holdinq”in şüarı belədir: “Güc Birlikdədir”!

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR