26 Noyabr 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır. Bu məqsədlə müxtəlif tədbirlər, monitorinqlər keçirilir.
Görülən işlərin davamı olaraq aztəminatlı ailənin üzvü olan 8 qadının müvafiq peşə kurslarına cəlbi, 7 qadının işlə təmin olunması üçün məlumatları aidiyyəti orqanlara göndərilmişdir. Özünüməşğulluğun təmin edilməsi məqsədilə sosial qayğıya ehtiyacı olan şəxslərin əl işlərinin satışı təşkil olunmuşdur.
Şərur rayonunun Siyaqut kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmişdir. Ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi ilə əlaqədar 1 ailəyə müvafiq köməklik göstərilmişdir.

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədar 3 uşaq müəssisəsində, eləcə də Şərur və Sədərək rayonlarında yaşayan hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 12 uşağın yaşadığı evdə monitorinq keçirilmişdir.
Fevral ayında elektron məlumat bankına 1847 uşaq haqqında fərdi məlumatlar daxil edilərək uşaqların sayı 25 min 187 olmuşdur. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı 5 uşaq məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilmiş, müvafiq kateqoriyadan olan 43 uşağa Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları tərəfindən “Keçinin qisası” tamaşası göstərilmişdir.
Şahbuz rayonunda fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı bu sahəyə məsul olan şəxslərin iştirakı ilə maarifləndirici seminar keçirilmişdir.
“Muzey günləri” çərçivəsində komitənin əməkdaşları Heydər ­Əliyev Muzeyində olmuşlar.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR